Azərbaycanda əvvəllər ancaq xarici şirkətlər tərəfindən görülən işlərin öhdəsindən gələ bilərik
31 may 2023
0000
Rəşad Şəkərov, Azərbaycanın AMEC şirkətinin direktoru
2014-cü ildə yaradılmış şirkətimiz neft və qaz şirkətləri ilə əməkdaşlıq etsə də, ilk dəfə olaraq “Xəzər dənizinin neft və qazı” beynəlxalq sərgisində iştirak edir. Bundan əvvəl nümayəndələrimiz sərgidə ziyarətçi qismində iştirak etmişlər. Bu il biz layihədə tam şəkildə iştirak etmək qərarına gəldik və ziyarətçiləri bütün lazımi beynəlxalq standartlara cavab verən fəaliyyətlərimizlə tanış etmək istəyirik.
Şirkətimiz gəmi sahibləri ilə danışıqların aparılması, gəmilərin Azərbaycanda müştərilərə çatdırılması, müxtəlif təyinatlı dəniz gəmilərinin istismarı və mühəndisliyi, onların yoxlanılması, auditlərin aparılması üzrə ixtisaslaşıb. Biz bu xidmət bazarında yeganə sırf Azərbaycan şirkəti olaraq, xarici şirkətlərlə rəqabət apara bilərik.
Müştərilərimizdən JOCAP əməliyyat şirkətini qeyd edə bilərik (Abşeron qaz yatağı TotalEnergies) və onun layihənin birinci mərhələsində işləmək üçün ixtisaslaşmış barjaya ehtiyacı var idi. Həmçinin bizim xidmətlərdən BOS Shelf, Xəzər Dəniz Gəmiçiliyi, yəni nüfuzlu müştərilər istifadə edib.
Həmçinin, müştəri bazamızı genişləndirə biləcək bir dalğıc gəmisi almağı planlaşdırırıq. Biz sübut edə bilirik ki, biz Azərbaycanda əvvəllər yalnız xarici şirkətlər tərəfindən görülən işlərin öhdəsindən gələ bilərik. Sərgidə iştirak isə bu məqsədə çatmağa kömək edəcək.