Xəbərlər

CASPIAN OIL & GAS - Bu dünya səviyyəli bir sərgidir!

Bu dünya səviyyəli bir sərgidir!

03.06.2022

Xəbərlər

 

 

 

 

 

 

 

 

Metyu Brayza, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü

 

Hesab edirəm ki, bu sərgi Azərbaycan üçün çox önəmlidir. Prezident Əliyev açılış mərasimindəki çıxışında bu barədə danışıb. Bildiyiniz kimi, bu, sərgi artıq 27-ci dəfədir ki, keçirilir və bütün bu illər ərzində investorların cəlb edilməsində, BP və digər beynəlxalq investorların razılaşdırılmasında böyük rol oynamışdır. ABŞ hökumətində mənim kimi insanlar hesab edirlər ki, Azərbaycanda təkcə neft və qazın işlənməsi və hasilatı deyil, həm də Azərbaycanı Gürcüstan, Türkiyə və AK ilə birləşdirən boru kəmərlərinin tikintisi də vacibdir.

Azərbaycan enerji sektorunun inkişafında böyük uğurlar əldə edib və sürətlə inkişaf etməkdə davam edir. Bu sərgi bir çox sövdələşmələrin müzakirə olunduğu regionun ən böyük belə sərgisidir. Baxın, sərgilər cəmi bir neçə saat əvvəl açılıb və artıq uğur qazanıb! Bu fantastikdir, həqiqətən təsir edicidir.

Mən bu gün təkcə beynəlxalq münasibətlər üzrə analitik və ekspert kimi deyil, həm də iş adamı kimi qonaq olaraq dəvət olunmuşam. İndi vaxtımın çoxunu biznes və enerji ilə bağlı məsələlərə həsr edirəm., Bəli, mənim üçün həm sərgi, həm də forum xüsusi maraq doğurur: bu, mühüm və lazımlı insanlarla danışmaq, bərpa olunan enerji haqqında danışılanları dinləmək və s. üçün əla fürsətdir. İndicə Energetika nazirinin müavini Elnur Soltanovla danışdım. . O, gözəl insandır, onu çoxdan tanıyıram. Bəzi konkret layihələrdən danışdıq. Təbii qazın satışı üzrə müqavilənin digər iştirakçıları ilə müzakirə etdik. Burada iştirak edən hər kəs maraqlıdıdr. Bu dünya səviyyəli bir sərgidir!

Tərəfdaşlar