Xəbərlər

CASPIAN OIL & GAS - Əla xəbər: sərgini ziyarət etməyin faydaları!

Əla xəbər: sərgini ziyarət etməyin faydaları!

04.06.2022

Xəbərlər

 

Murad Süleymanov, “Olimp Mühəndis Xidmətləri” şirkətinin təchizat meneceri

- Şirkətimizin əsas fəaliyyət istiqaməti mühəndislik və topoqrafik xidmətlər, eləcə də prokat metal məmulatlarının (borular, listlər, fitinqlər və s.) təchizatıdır. Qeyd etmək istəyirəm ki, Ekspo Mərkəzini bir dəfə ziyarət etmək bütün ekspozisiyaları tam nəzərdən keçirmək üçün kifayət etmir, ona görə də artıq ikinci gündür ki, sərgiyə gəlirəm. Buna baxmayaraq vaxtımı boş yerə sərf etmirəm! Məni maraqlandıran bütün şirkətlərlə faydalı görüşlər keçirə bildim. Xüsusilə, Rusiya istehsalçılarının qaldırıcı mexanizmlər, kəpənək klapanları və bir sıra digər xüsusi avadanlıqlarla bağlı təklifləri məni cəlb etdi.

Biz SOCAR-ın təchizatçılarından biriyik və uzun illərdir ki, onları müxtəlif avadanlıqlarla təmin edirik. Əsas müştərimizin tələbatını ödəmək üçün dünyada mövcud olan yenilikləri başa düşmək çox vacibdir. Bu işdə sərgilər bizə əvəzsiz kömək olur.

Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, sərgini ziyarət edərkən qarşıya qoyulan bütün vəzifələr tam həllini tapıb. Onların arasında əlaqələrin genişləndirilməsi, yeni təchizatçıların axtarışı, yeni innovasiyalarla tanışlıq, tərəfdaşlarla əməkdaşlığın cari vəziyyətinin müzakirəsi var idi. Kiçik bir misal: “Xəzər Neft və Qaz  2022” sərgisində son üç ildə işgüzar yazışmalar apardığım xarici şirkətin nümayəndəsi ilə görüşə bildim. Real həyatdakı görüş virtual tanışlığın gözəl nəticəsi idi. Sərgiyə və onun təşkilatçılarına təşəkkür edirik!


Tərəfdaşlar