Xəbərlər

CASPIAN OIL & GAS - Azərbaycanın neft və qaz bazarına uğurlu giriş

Azərbaycanın neft və qaz bazarına uğurlu giriş

03.06.2022

Xəbərlər

Xavier Entrena, “Grupo PV” şirkətinin İxrac üzrə Satış Meneceri

Mən binalar, neft emalı zavodları və sənaye üçün yanğın izolyasiya cihazları istehsal edən bir şirkəti təmsil edirəm.

Bu gün mən Azərbaycanın neft-qaz bazarına və artıq iştirak etdiyimiz layihələrə daha yaxından baxmaq, həmçinin yeni müştərilərlə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün sərgiyə gəlmişəm.

Sərgi yüksək səviyyədə təşkil olunub və çox dinamikdir. Burada hər şeyi çox bəyəndim. Rusiyadan olan çoxsaylı stendlər diqqətimi çəkdi. Yerli SOCAR şirkətinin stendi mənim marağımı cəlb etdi, burada özüm üçün maraqlı məlumatları əldə etdim, bunlar yeni layihələrin həyata keçirilməsində çox faydalı olacaq.

Hesab edirəm ki, bu cür maraqlı sərgilərin keçirilməsi xüsusilə pandemiyadan sonra vacibdir. Pandemiya dövründə demək olar ki, hamımız onlayn rejimə keçmək məcburiyyətində qalmışdıq. Bununla belə, ənənəvi sərgiləri, canlı danışıqları, tanışlıqları heç nə əvəz edə bilməz. Sərgi həmişə bu sahə ilə maraqlanan mütəxəssisləri bir araya gətirən məkan və bazarın inkişafı üçün qeyd-şərtsiz bir amildir.

Tərəfdaşlar