Xəbərlər

CASPIAN OIL & GAS - Biz yerli bazarın effektivliyini öyrənir və təhlil edirik

Biz yerli bazarın effektivliyini öyrənir və təhlil edirik

03.06.2022

Xəbərlər

Yevgeni Zinin, “Global Supply” MMC-nin Biznesin İnkişafı üzrə Meneceri

“Global Supply” MMC Amerika şirkətinin Azərbaycandakı filialıdır. Biz neft-qaz şirkətlərinin, gəmiqayırma, gəmi təmiri zavodlarının, eləcə də neft-kimya komplekslərinin təchizatı ilə məşğul oluruq. Bizim dünyadakı müştərilərimizə təqdim etdiyimiz 50.000-dən çox məhsulumuz var. Azərbaycanda biz hələ də neft-qaz sektorunda işləyirik.

Mən Azərbaycan enerji sənayesi üçün faydalı ola biləcəyimiz yeni potensial sahələri müəyyən etmək üçün yerli bazarın perspektivlərini və səmərəliliyini öyrənmək və təhlil etmək məqsədilə “Xəzər Neft və Qaz” Sərgisinə gəlmişəm. Əsas layihələrimizdən biri də Qarabağın inkişafına töhfə vermək, ən son səmərəli texnologiyaların təchizatı ilə bağlıdır. Azərbaycanın Ələt limanı ilə mənim kifayət qədər səmərəli danışıqlar apardım. Ümumilikdə sərgi böyük potensiala və geniş əməkdaşlıq üfüqlərinə malikdir.

Sərginin təşkilatını çox bəyəndim. Belə layihələrin həyata keçirilməsini biznesin inkişafında çox mühüm hadisə hesab edirəm. İş adamları bəzən həddindən artıq məşğul olduqları üçün bəzi yenilikləri və bazardakı dəyişiklikləri gözdən qaçırırlar. Məhz belə sərgilər onlara hər zaman baş verənlərdən xəbərdar olmaq, danışıqlar aparmaq, təcrübə və fikir mübadiləsi etmək, eləcə də onları praktikada tətbiq etmək imkanı verir.


Tərəfdaşlar