Xəbərlər

CASPIAN OIL & GAS - Energetika mühəndisləri, neftçilər, qaynaqçılar üçün qoruyucu geyimlər...

Energetika mühəndisləri, neftçilər, qaynaqçılar üçün qoruyucu geyimlər...

02.06.2022

Xəbərlər

Vasili Signeev, “Transcaucasia Energocontract” şirkətinin rəhbəri

Şirkətimiz armid parçadan hazırlanmış qoruyucu termal geyimlərin yaradıcısı və istehsalçısıdır. Bu gün bir milyon yarımdan çox insan bizim geyim dəstlərimiz vasitəsilə qorunur. Bunlar, ilk növbədə, energetika mühəndisləri, neftçilər və qaynaqçılardır.

“Energocontract” şirkətlər qrupuna tədqiqat-istehsalat kompleksi, toxuculuq kompleksi və logistika kompleksi daxildir. İstehsal müəssisəmiz Moskva vilayətinin ərazisində yerləşir. Biz dünyanın iyirmidən çox ölkəsi ilə işləyirik. Əsas müştərilər MDB ölkələridir. Biz istehsaldan tutmuş məhsulların müştəriyə çatdırılmasına qədər bütün prosesi təmin edirik .

Biz ilk dəfədir ki, sərgidə iştirak edirik. Biz yerli müəssisələrlə tanış olmaq, işgüzar əlaqələr qurmaq və perspektivləri müəyyən etmək üçün gəlmişik. Yaxşı nəticələrin olacağına ümid edirik. Stenddə biz elektrik qövsünün istilik risklərindən qorunmaq üçün geyim, yanğınsöndürənlərin döyüş avadanlığı, neft sənayesi üçün yanğına davamlı kombinezon və qaynaqçılar üçün nəzərdə tutulmuş kostyumunu nümayiş etdiririk.

Müştəriləri bütöv dəstlə təmin etmək üçün tərəfdaşlarımız tərəfindən istehsal olunan xüsusi ayaqqabıları da sərgidə nümayiş etdiririk.

Sərgilər həmişə yeni tanışlıqlar qazanmağa, yeni istiqamətlər müəyyənləşdirməyə kömək edir. Sərgi çox maraqlıdır və peşəkar şəkildə təşkil olunub. Sənayenin bütün şirkətləri burada iştirak edir. Artıq iki gün ərzində çoxlu görüşlər, təmaslar olub. Ümid edirəm ki, bu əsasda biz burada biznesimizi inkişaf etdirməyə davam edəcəyik.


Tərəfdaşlar