Xəbərlər

CASPIAN OIL & GAS - Alman iştirakçılar sərginin gedişindən razıdırlar

Alman iştirakçılar sərginin gedişindən razıdırlar

02.06.2022

Xəbərlər

Robin Vitte, IEC Almaniya Pavilyonunun direktoru

İEC səkkiz şirkətin: “ABİCOR”, “ARİ-Armaturen”, “d-i davit”, “FLEXİM”, “Herrenknecht”, “LESER”, “Radlinger primus line”, “WEİCON2 şirkətlərinin bir araya gəldiyi Almaniya pavilyonunun təşkilatçısıdır. Bunlar neft-qaz sektorunun aşağıdakı sahələrində fəaliyyət göstərən iri şirkətlərdir: neftin təkrar hasilatı, gəmi avadanlıqları və xidmətləri, dəniz platformaları, borular və boru kəmərləri, təhlükəsizlik mühəndisliyi, kəşfiyyat və hasilat, qazma, dəniz quyuları xidməti, ətraf mühitin mühafizəsi və ölçmə sistemləri.

Almaniyanın neft və qaz brendlərinin sərgidə iştirakının məqsədi gələcək əməkdaşlıq üçün Azərbaycan bazarında yeni şirkətlər tapmaqdır.

Uzun illərdir ki, Almaniya pavilyonu Xəzər Neft və Qaz sərgisində iştirak edir. İlk iş gününün nəticələrinə əsasən deyə bilərəm ki, sərgidə iştirak edən həmkarlarım sərginin gedişatından razıdırlar. Hesab edirəm ki, belə tədbirlər hər il Azərbaycana gələn bütün iştirakçı şirkətlərə yaxşı və uğurlu nəticələr verir ki, bu da onların bitmək bilməyən marağından xəbər verir.

Biz həmişə həvəslə pavilyonumuzu təşkil edir, şirkətlərə maliyyə və texniki dəstək veririk. İstənilən sərgi biznes üçün vacibdir, öz brendini təbliğ edən bazar iştirakçıları üçün görüşlər təşkil edir, yeni əlaqələr yaratmağa və sənayenin inkişafı haqqında məlumat toplamağa kömək edir.

Tərəfdaşlar