Xəbərlər

CASPIAN OIL & GAS - Beynəlxalq təcrübə mübadiləsinin təsiri

Beynəlxalq təcrübə mübadiləsinin təsiri

02.06.2022

Xəbərlər

Baurjan Utev “CMP Products (Qazaxıstan)” şirkətində Biznesin İnkişafı üzrə Menecer

- Kabel məmulatlarının istehsalı üzrə ixtisaslaşmış ingilis şirkətinin Qazaxıstan filialını təmsil edirəm. Neft-qaz sənayesinin yerli bazarını öyrənmək, bu sahədə fəaliyyət göstərən şirkətlərlə əlaqə yaratmaq istəyi məni “Xəzər Neft və Qaz” sərgisinə gətirdi.

Sərgidə cari layihələrlə bağlı həm müştərilərlə (SOCAR, BP, BOS Shelf), həm də Azərbaycanda işləyən podratçılarla bir sıra maraqlı görüşlərim olub. Düşünürəm ki, gələcəkdə bu görüşlər əməkdaşlığa dair daha ciddi danışıqlara çevrilə bilər.

Bakıdakı sərginin yaxşı səviyyədə keçirildiyini qeyd etmək istərdim. İnanıram ki, sənaye sərgiləri sənaye mütəxəssisləri arasında əlaqələrin qurulmasında, təcrübə və fikir mübadiləsində mühüm rol oynayır. İki il davam edən pandemiya və canlı ünsiyyətin olmaması sərgilərin ünsiyyət və biznes məsələlərində nə qədər vacib olduğunu açıq şəkildə göstərdi.


Tərəfdaşlar