Xəbərlər

CASPIAN OIL & GAS - “Xəzər Neft və Qaz” sərgisinin ən mühüm rolunu qiymətləndirməmək olmaz!

“Xəzər Neft və Qaz” sərgisinin ən mühüm rolunu qiymətləndirməmək olmaz!

02.06.2022

Xəbərlər

Rizvan Sadıqov, “Azneft” İstehsalat Birliyinin Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin baş mühəndisi

- Azneft İstehsalat Birliyi müasir avadanlıqlarla işləyən qabaqcıl istehsal müəssisəsidir. Eyni zamanda, texnologiya dünyası olduğu yerdə dayanmır və daim inkişaf edir, ona görə də mən “Xəzər Neft və Qaz” sərgisinə sənayedəki ən son yeniliklərlə, beynəlxalq innovativ məhsullarla tanış olmaq istəyi ilə gəlmişəm. Sərginin yerli və xarici iştirakçıları gündəlik işimizdə maraqlı ola biləcək bir çox yeni ideyalar təklif edirlər.

Sərgidə təmsil olunan şirkətlərdən biz xüsusilə “SOCAR STP” ilə sıx əməkdaşlıq edirik. Azərbaycanda belə müəssisələrin yaradılması son dərəcə vacibdir və bizə lazım olan məhsulları digər ölkələrdən xarici valyuta ilə deyil, yerli istehsalçıdan almağa imkan verir. Bu şirkətin nümayəndələri ilə görüşdə müəssisənin yeni məhsulları haqqında maraqlı məlumatlar aldım. Həmçinin, biz digər şirkətlərlə də bir sıra mühüm danışıqlar apardım.

Qeyd etmək istəyirəm ki, son bir neçə il ərzində bu sərgidə danışıqlar aparılıb və hazırda işimizdə istifadə etdiyimiz avadanlıq və məmulatların alınması üçün danışıqlar və müqavilələrin əsasları qoyulub. Onun mühüm rolunu qiymətləndirməmək olmaz, ona görə də assosiasiyamızın və neft-qaz sənayesində fəaliyyət göstərən digər şirkətlərin mütəxəssisləri bu sərginin daimi ziyarətçiləridir. Sərgidə iştirak edən Azərbaycan şirkətlərinin sayının artması da ölkəmizin inkişafının sevindirici göstəricisidir.


Tərəfdaşlar