Xəbərlər

CASPIAN OIL & GAS - 100-dən çox planlaşdırılmış B2B görüşümüz var

100-dən çox planlaşdırılmış B2B görüşümüz var

02.06.2022

Xəbərlər

Svetlana Fidarova, Rusiya İxrac Mərkəzinin (REC) konqres və sərgi tədbirlərinin, eləcə də, biznes məsələlərinin idarə olunması üzrə baş ekspert:

Rusiya İxrac Mərkəzi (REC) ASC  qeyri-resurs ixracını dəstəkləyən və Rusiya ixracatçılarını geniş spektrli maliyyə və qeyri-maliyyə dəstək tədbirləri ilə təmin edən şirkətlər qrupunu birləşdirən dövlət qurumudur.

“Made in Russia” milli sərgisi pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılmasından iki il sonra üçüncü dəfə Azərbaycandakı sərgidə açılıb.

Bu il milli kollektiv sərgidə neft-qaz sənayesində fəaliyyət göstərən Rusiyanın 20 ixrac şirkəti iştirak edir və onların demək olar ki, yarısı sərginin debütantıdır.

Əvvəlcədən B2B formatında yüzdən çox görüşün keçirilməsi nəzərdə tutulub və neft-qaz sərgisinin ilk günündə iyirmidən çox işgüzar danışıqlar aparılıb.

SOCAR və onun törəmə şirkətləri ilə əməkdaşlıq imkanları böyük maraq doğurur. Biz böyük müqavilələr bağlayacağımıza və ixrac potensialımızı artıracağımıza ümid edirik.

Rusiya şirkətləri Azərbaycan tərəfinə yüksək keyfiyyətli neft-mədən xidmətləri, logistika sahəsində layihələr, eləcə də keyfiyyətinə görə Qərbdəki analoqlarından geri qalmayan, lakin qiymət baxımından daha cəlbedici məhsullar təklif edə bilər.

Rusiya Federasiyası ətrafında yaranmış çətin geosiyasi vəziyyət Azərbaycan şirkətlərinin Rusiya Federasiyasında, Rusiya şirkətlərinin isə Azərbaycanda biznesinin ixtisarına gətirib çıxarmadı və biz Bakıda keçirilən neft-qaz sərgi və konfransının nəticələrinə əsaslanaraq uğurların qazanılacağına ümid edirik.


Tərəfdaşlar