Xəbərlər

CASPIAN OIL & GAS - Sərgi yeni tərəfdaşlarla tanış olmağı vəd edir.

Sərgi yeni tərəfdaşlarla tanış olmağı vəd edir.

02.06.2022

Xəbərlər

Zöhrə Zülalova, Azərbaycanın “Freqat Marine” MMC şirkətinin marketinq üzrə koordinatoru

Sərgidə biz üç şirkətin – “Freqat Marine”, “Aurum Offshore Systems” MMC və “Az Safety” şirkətlərinin maraqlarını təmsil edirik.

“Freqat Marine” MMC (Fregat MMC) 2004-cü ildən fəaliyyət göstərir və gəmi agentliyi və yanalma, gəmi avadanlıqlarının satın alınması, logistika, gömrük rəsmiləşdirilməsi və texniki xidmət də daxil olmaqla dəniz xidmətlərinin tam spektrini təqdim edir.

Bizim, həmçinin, öz gəmi donanmamız var və Azərbaycanın Hövsan və Türkan kimi limanlarında fəaliyyət göstəririk.

“Marinus Tug” və “Voltar” kimi ixtisaslaşmış gəmilərə böyük tələbat var və neft-qaz sektorunda işləmək üçün  istifadə olunur.

“Az Safety”yə gəldikdə isə, sərgidə gəmilərdə zəruri olan xilasedici jiletlər və digər aksesuarlar təqdim edirik.

Biznes sahəsində böyük nüfuzumuza görə müştərilərimiz arasında Azərbaycanda fəaliyyət göstərən iri yerli və xarici şirkətlər var.

Sərginin hazırda Bakıda tam iş rejimində keçirilməsi biznesimiz üçün “təmiz hava” deməkdir, həm də bu sərgi yeni tərəfdaşlarla tanış olmağı vəd edir.

Ola bilər ki, biz bu sərginin verdiyi töhfələrlə nəhayət, xarici xidmət bazarına çıxa bilərik.

Yeni maraqlı təklifləri gözləyirik.


Tərəfdaşlar