Xəbərlər

CASPIAN OIL & GAS - Montaj işləri üçün taxtabənd

Montaj işləri üçün taxtabənd

01.06.2022

Xəbərlər

Abbas Hacıyev, “Layher” sistem taxtabəndlərinin satış meneceri

Almaniyanın “Layher” şirkəti Xəzər Neft və Qaz sərgisində ilk dəfə iştirak edəcək və sənaye və mülki obyektlərin tikintisində görülən montaj işləri üçün taxtabənd istehsalı üzrə dünyanın aparıcı istehsalçısı olaraq burada tərəfdaşlar tapacağına ümid edir.

Şirkətin Almaniyada iki istehsal zavodu var və buradan öz məhsullarını bütün dünyaya göndərir.

İndiyə qədər Azərbaycana məhsullar Türkiyədən gətirilir, burada bizim üç anbarımız var (İzmir, İstanbul və Ankara), lakin biz məhsullarımız üçün birbaşa Azərbaycanda da belə bir anbar yaratmaq istəyirik. Biz bu ölkəni öz işimiz üçün cəlbedici hesab edirik.

Biz neft-qaz şirkətlərinə, gəmiçilik şirkətlərinə, eləcə də mülki obyektlərin tikintisi üzrə ixtisaslaşmış şirkətlərə xidmət göstəririk və bütün bu sahələrdə Azərbaycanın böyük potensialını görürük.

Biz Almaniyadan Azərbaycana taxtabənd təchizatı işlərini təşkil etmək istəyirik və artıq Bakıda ofis açmışıq. Qazaxıstanda və Rusiya Federasiyasında neft-qaz sənayesində təcrübəyə malikik və bu, haqqında danışdığımız Bakıda və Azərbaycanda da faydalı ola bilər.

Bizim nikbinliyimiz ona görədir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinə başlayıb və “Layher” texnikası bu işə  öz köməyini göstərə bilər.


Tərəfdaşlar