Xəbərlər

CASPIAN OIL & GAS - “Özbəkneftqaz” və SOCAR arasında əməkdaşlığın perspektivləri

“Özbəkneftqaz” və SOCAR arasında əməkdaşlığın perspektivləri

01.06.2022

Xəbərlər

“Özbəkneftqaz”-ın əməkdaşlıq əlaqələrinin genişləndirilməsi şöbəsinin müdiri Camoliddin Umurzokov

Biz Azərbaycan Energetika Nazirliyinin və SOCAR-ın Bakıda keçiriləcək növbəti “Xəzər neft və qaz” neft-qaz sərgisində iştirak etmək dəvətini məmnuniyyətlə qəbul etdik.

Biz xaricdə ilk dəfə olaraq belə bir ciddi stend təşkil etdik, burada “Özbəkneftqaz” dövlət holdinqinin transformasiyası və şirkətin müxtəlif layihələrdəki təcrübəsindən ətraflı danışırıq.

Biz Çin, Rusiya Federasiyası və digər qonşu dövlətlərin şirkətləri ilə sıx əməkdaşlıq qurmuşuq, lakin eyni zamanda, Azərbaycanlı həmkarlarla əlaqələrin qurulmasına da ciddi diqqət yetirilir.

Biz SOCAR və bp ilə B2B və B2G görüşlərindən müsbət nəticələr gözləyirik və digər potensial tərəfdaşları da nəzərdən keçiririk.

Biz neft-qaz sənayesində xidmətlərin göstərilməsi, Özbəkistanda müvafiq avadanlıq və materialların istehsalı üzrə birgə müəssisələrin təşkili, Özbəkistanda neft-qaz layihələrinin maliyyələşdirilməsi sahəsində əməkdaşlıqda maraqlıyıq.

SOCAR ilə biz üçüncü ölkələrin bazarlarına birgə çıxış perspektivləri, həmçinin Özbəkistanda yataqların birgə işlənməsi imkanları üzərində işləyirik.

Biz Bakıdakı danışıqlara nikbin münasibət bəsləyirik. Səfərimiz səmərəli olacaq. Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir və əməkdaşlıq üçün çoxlu perspektivlər var.


Tərəfdaşlar