Xəbərlər

CASPIAN OIL & GAS - Caspian Oil&Gas sərgisi Xəzər regionunun enerji sektorunda ən böyük tədbirdir

Caspian Oil&Gas sərgisi Xəzər regionunun enerji sektorunda ən böyük tədbirdir

01.06.2022

Xəbərlər

İyunun 1-də Azərbaycanın paytaxtında üç əsas tədbiri - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgilərini və Bakı Enerji Forumunu birləşdirən Bakı Enerji Həftəsi öz işinə başlayıb. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun bir sıra beynəlxalq tərəfdaşlarıdır.

Azərbaycan Prezidenti İlham Əliyev sərginin rəsmi açılış mərasimində çıxış edib.

Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur. Bu il sərgilərdə və forumda 31 ölkədən 250 şirkət iştirak edəcək.

Tədbirə ənənəvi olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.

Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisi - Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbirdir. Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir.

“Xəzər Neft və Qaz” sərginin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən Respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktubları göndəriblər.

Sərgidə Almaniya, Rumıniya, Rusiya Milli pavilyonlarla iştirak edir. Bu ilin yenilikləri arasında: bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma Memorandumları, yaşıl hidrogen və ixrac məsələləri.

Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.

Bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi “Caspian Power” 10 illik yubileyini qeyd edir. Ənənəvi olaraq, Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ilə eyni platformada Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 10-cu Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji “Caspian Power” 2022 sərgisi keçirilшк. Sərginin ekspozisiyası beynəlxalq və yerli şirkətlərinin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində ən son təkliflərini təqdim edшк. Sərgi Qarabağda işğaldan azad edilmiş ərazilər “yaşıl enerji” ilə təmin olunması üçün bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Beləliklə, sərgilər və forum enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradırlar.

 

 

 


Tərəfdaşlar