Xəbərlər

CASPIAN OIL & GAS - Bizim müəssisəmiz SOCAR ilə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir

Bizim müəssisəmiz SOCAR ilə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir

01.06.2022

Xəbərlər

Natalia Lutseviç, "Belneftekhim" Dövlət Müəssisəsinin Xarici İqtisadi Əlaqələr Şöbəsinin nümayəndəsi

Biz yenidən “Xəzər Neft və “Qaz” sərgisində iştirak etdiyimizə görə şadıq!

Azərbaycan Belarusun mühüm tərəfdaşıdır. Bizim müəassisəmiz SOCAR ilə uğurlu əməkdaşlıq təcrübəsinə malikdir. Bu il logistika ilə bağlı beynəlxalq problemlərə görə Azərbaycandan Belarusa neftin nəqli müvəqqəti olaraq dayandırılıb.

Buna baxmayaraq, dünən biz bu cür tədarüklərin bərpası perspektivləri ilə bağlı uğurlu danışıqlar apardıq.

Baxmayaraq ki, hazırda neftayırma zavodlarımız nefti yalnız Rusiya Federasiyasından alır, biz bu mənbələrin şaxələndirilməsində maraqlıyıq və bu baxımdan biz dəqiq müəyyən edilmiş əməkdaşlıq sxemimizin olduğu Azərbaycana ümid bağlayırıq.

Biz “Caspian Event Organisers” şirkətinin bu sərgini təşkil etməsindən çox razıyıq və əlbəttə ki, uğurlu işgüzar görüşlər gözləyirik.

2022-ci ildə Azərbaycan Belarusa 85 min tona yaxın neft tədarük edib (2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3 dəfədən çox azalma ilə) bu, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı vəziyyət və müvafiq ticarət əməliyyatlarının qeyri-mümkünlüyü ilə bağlıdır. Ona görə də, bu sərgi ticarət-iqtisadi əlaqələrimizin genişləndirilməsində mühüm amilə çevrilə bilər.

Tərəfdaşlar