Mətbuat açıqlaması

CASPIAN OIL & GAS - Belarus Bakıda "Xəzər Neft və Qaz" sərgisində milli pavilyonunu təqdim edəcək

Belarus Bakıda "Xəzər Neft və Qaz" sərgisində milli pavilyonunu təqdim edəcək

17.05.2022

Mətbuat açıqlaması

İyunun 1-dən 3-dək Bakıda keçiriləcək 27-ci Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") sərgisində Belarusun ekspozisiyası təqdim olunacaq. Sərgidə regional istehlakçılar üçün məhsul və xidmətləri təqdim edən neft-kimya sənayesinin iri müəssisələri iştirak edəcək. Pavilyonun ümumi sərgi sahəsi 63 kvadrat metr təşkil edəcək. Ekspozisiyanın təşkilatçısı qismində Belarus Ticarət-Sənaye Palatasının "Belinterekspo" sərgi müəssisəsi çıxış edir.

Belarusun ekspozisiyasında "Qrodno Azot", "Mogilevkimvolokno", Mozır Neft Emalı Zavodu, "Naftan", "Polotsk-Steklovolokno” və "Seysmotexnika" müəssisələri iştirak edəcək.     

Belarus ekspozisiyası təqdim olunan neft-kimya məhsullarının müxtəlifliyi ilə fərqlənir - azot gübrələri, poliamid və polyester texniki saplar, kord parçalar, polimer kompozisiya materialları ("Qrodno Azot"), polyester texniki saplar, toxunmamış parçalar, plyonkalar və PET (polietilen tereftalat) ("Mogilevximvolokno"), avtomobil benzinləri, dizel yanacağı, odluq mazut, neft bitumları, yanacaq qazları (Mozır Neft Emalı Zavodu), şüşə lif və şüşə lif əsaslı materiallar ("Polotsk-Steklovolokno"), neft-mədən və geofiziki avadanlıqlar ("seysmotexnik") nümayiş olunacaq.

Sərgidə Belarus ekspozisiyası çərçivəsində təqdim olunan unikal məhsullar arasında, toxuculuq məhsullarında (“Mogilevximvolokno”) doldurucu qismində istifadə üçün konjuqeyt tipli polyester lifi də nümayiş etdiriləcək.

Belarusun ekspozisiyası Bakı Ekspo Mərkəzinin 1 nömrəli zalında, C1206 nömrəli stenddə yerləşəcək. Sizi stendimizdə görməyə şad olarıq!

Bakıda keçiriləcək 27-ci Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") sərgisində Belarusun ekspozisiyasının təşkilatçısı Belarus Ticarət və Sənaye Palatasının “Belinterekspo” sərgi müəssisəsidir. Ekspozisiya Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi və fəal iştirakı ilə təşkil olunur.

Əlaqə saxlanılacaq şəxs: Yekaterina Volkova, layihə meneceri, mob. telefon: +375 44 509 12 11 (Viber, Telegram, WhatsApp), elektron poçt: kv@belinterexpo.by.

MƏLUMAT ÜÇÜN.

Belarus ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2021-ci ildə 885 milyon ABŞ dollarını ötüb. Belarusun Azərbaycana ixracının əsasını maşınqayırma və ağac emalı məhsulları, ərzaq, dərman və digər mallar təşkil edir. Azərbaycandan Belarusa neft məhsulları, tərəvəz, meyvə və qoz-fındıq, spirtli içkilər təchiz edilir.



Tərəfdaşlar