Xəbərlər

CASPIAN OIL & GAS - Azərbaycanda HSA və dalğıc xidmətləri göstərən yeganə yerli şirkət

Azərbaycanda HSA və dalğıc xidmətləri göstərən yeganə yerli şirkət

10.05.2022

Xəbərlər


Samir Əliyev, SOCAR-Dalğıc MMC-nin baş direktoru 


   SOCAR-Dalğıc MMC, ofşor enerji sənayesinə hava-dalğıc, Heyətsiz Sualtı Apparatları (HSA) , mühəndislik, layihələndirmə və layihənin idarə olunması xidmətlərini təqdim edən yerli podratçıdır. SOCAR-Dalğıc MMC-nin məqsədi - yerli tələblərin tez və səmərəli şəkildə cavablandırılmasını mümkün edən təşkilatı struktur vasitəsilə sifarişçi ehtiyaclarını təmin etməkdən ibarətdir. Bizim Bakı bazamız şirkətin Xəzər regionunda və xarici sularda yerinə yetirilən bütün dəniz layihələrinin idarə olunması məqsədləri üçün xüsusi olaraq inşa edilmişdir. SOCAR-Dalğıc MMC Xəzər region daxilində muasir avadanlıgla və səriştəli beynəlxalq sertifikatlarla təchiz olunmuş HSA və dalğıc heyəti ilə Azərbaycanda yeganə yerli şirkətdir. SOCAR-Dalğıc MMC-nin konsepsiyası regionda yerləşən və dünya standartlarına cavab verən sualtı-texniki xidmətlər üzrə mərkəzin yaradılması və bu mərkəzin ilkin olaraq Xəzər regioununda gələcəkdə isə beynəlxaq bazarda inkişaf etdirilməsindən ibarətdir. Biz bu yüksək standartların fəaliyyətimizin bütün sahələrində tətbiq olunması üçün əlimizdən gələni edirik


    Neft və qaz sənayesi üçün sualtı tikinti xidmətlərinin aparıcı yerli təchizatçısı kimi Caspian Oil&Gas sərgisində iştirak məqsədimiz öz xidmətlərimizi və muasir texnologiyaları potensial müştərilərə nümayiş etdirməkdən ibarətdir. Sualtı xidmətlərin  provayderi olan  SOCAR Dalqidj MMC fəaliyyət dairəsini və müvafiq müştəri  bazasını genişləndirmək prosesindədir  və bu səbəbdən Caspian Oil&Gas sərgisində iştirak etmək bizim üçün cox önəmlidir


Tərəfdaşlar