Xəbərlər

CASPIAN OIL & GAS - “Severstal” şirkətinin stendində neft və qazın hasilatı, nəqli və emalı üzrə innovativ inkişaflar

“Severstal” şirkətinin stendində neft və qazın hasilatı, nəqli və emalı üzrə innovativ inkişaflar

20.05.2022

Xəbərlər

Sizi 1-3 iyun 2022-ci il tarixlərində, Bakı, Azərbaycanda keçiriləcək 27-ci Beynəlxalq Xəzər Neft və Qaz / “CASPIAN OIL & GAS 2022” sərgisində neft və qaz sənayesi üçün etibarlı tərəfdaş olan “Severstal” şirkətinin stendini ziyarət etməyə dəvət edirik.

“Severstal” təkliflər hazırlayarkən əsas diqqəti neft və qaz hasilatı, nəqli və emalı kimi seqmentlərdən olan müştərilərə yönəldir.

Stendimizdə şirkət aşağıdakı innovativ məhsulları təqdim edəcək:

  • böyük diametrli korroziyaya davamlı borular
  • deformasiyaya qarşı yüksək dözüm qabiliyyətinə malik böyük diametrli borular olan Deformax
  • borular üçün xarici qoruyucu örtük olan "Kolçuqa"
  • dəniz platformaları və sualtı istehsal kompleksləri üçün yastı poladdan hazırlanan məmulatlar və s.

Mütəxəssislər, həmçinin, şirkətin təkliflərinin üstünlükləri, tamamlanmış layihələr və gələcək inkişaflar haqqında da danışacaqlar.

Konstruktiv dialoq qurmaq və regionda bazarın səmərəli inkişafı üçün gözləntiləri müzakirə etmək üçün sizi “Bakı Ekspo Mərkəzi”nin 2207 №-li stendində gözləyirik.


Tərəfdaşlar