Xəbərlər

CASPIAN OIL & GAS - Qaz sızmalarının aşkar olunmasında geniş təcrübəyə malik şirkət

Qaz sızmalarının aşkar olunmasında geniş təcrübəyə malik şirkət

09.05.2022

Xəbərlər

İlkin Abbasov, “Təmiz Qaz” QSC-nin Texniki istehsalat şöbəsinin rəhbəri

“Təmiz Qaz” QSC qaz kəmərlərinə, qaz sistemləri və avadanlıqlarına texniki baxış və dəstək üzrə peşəkar ixtisaslaşmış şirkətdir. İstehlakçıların fasiləsiz qaz təchizatı və təhlükəsizliyin təmin edilməsi məqsədilə şirkət qaz kəmərlərinin və onların üzərindəki qurğuların işlək vəziyyətdə saxlanılmasını təmin etmək üçün təşkilati-texniki tədbirlər kompleksini həyata keçirir.

“Təmiz Qaz” QSC-nin başlıca fəaliyyət sahələri xarici yeraltı, yerüstü qaz kəmərlərinin və üzərindəki qaz avadanlıqlarının, texnoloji (qaz, su, telefon, kanalizasiya) quyularının qabaqcıl vasitələrlə texniki baxışının keçirilməsi, sazlama və təmir işlərinin yerinə yetirilməsini əhatə edir.

 “Təmiz Qaz” QSC Respublika ərazisində qaz sızmalarının aşkar olunması üzrə ixtisaslaşmış 8 illik təcürbəyə malik yerli şirkətdir. İşlərin icrası dünyada ən innovativ cihaz və avadanlıqları vasitəsi ilə həyata keçirilir.  

Şirkətin başlıca missiyası qaz sızmalarının yerini və dərəcəsini zamanında aşkar etməklə baş verə biləcək yanğın, partlayışların qarşısını almaq, qaz itkilərinin həcminin azaldılmasına yardımçı olmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir.

“Caspian Oil & Gas” sərgisinin əsas rolunu cəmiyyətimizin daimi müştərilər ilə əlaqələrinin qorunub saxlanılması həmçinin yeni müştərilər ilə münasibətlərin qurulmasında görürük. Sərgidən əsas gözləntimiz qaz sektoru sahəsində yeni innovativ texnologiyaları təqdim edən şirkətlər ilə işguzar əlaqələrin qurulmasıdır. Stendimizdə kateqoriyaya bölmədən bütün qaz istehlakçılarını görməkdən məmnun olardıq.


Tərəfdaşlar