Xəbərlər

CASPIAN OIL & GAS - Boru kəmərlərinin monitorinqi prosesinə müasir yanaşma

Boru kəmərlərinin monitorinqi prosesinə müasir yanaşma

10.05.2022

Xəbərlər

Dubravko Kamenecki, Feromihin d.o.o.-nun Baş İcraçı Direktoru.

Feromihin şirkəti neft və qaz kəmərləri üçün nəzərdə tutulmuş nəqliyyat sistemlərinin konsaltinqi, satınalması, quraşdırılması, texniki xidmət və xidməti sahələrində kompleks tapşırıqlar üzrə ixtisaslaşmışdır.

“Xəzər Neft və Qaz” sərgisində biz aşağıdakıları təqdim edəcəyik:

  • eLBC (Xəttin Kəsilməsinə Nəzarət - Line Break Control) - günəş enerjisindən əlavə istifadə imkanı ilə təzyiqin qəfil enməsi zamanı boru kəmərinin monitorinqini və avtomatik bloklanmasını təmin edən texnologiya.
  • Boru Kəmərinin Bütövlüyünün İdarə edilməsi Sistemi - PIMSF (AYMO) - boru kəmərinin bütövlüyünün idarə edilməsi üçün proqram təminatı platforması. O, neft və qaz sənayesi üçün nəzərdə tutulmuş boru kəmərlərinin monitorinqi, anomaliyaların aşkarlanması, korroziya artımının proqnozlaşdırılması, təmir və texniki xidmətin planlaşdırılması və müəyyən boru kəməri və ya şəbəkə ilə bağlı sənədləşmənin tam aparılması üzrə unikal və müasir həllər təklif edir.
  • Aktivlərin Bütövlüyünün İdarə Edilməsi Sistemi (ams)

Biz həmçinin, sərgi iştirakçılarının və ziyarətçilərin marağını cəlb edəcək bir sıra yeni məhsullar da təqdim edəcəyik. AYMO - boru kəmərinin bütövlüyünün idarə edilməsi sistemi bizim veb tətbiqimizdir və aşağıdakı əlavədə olan təqdimatla yanaşı, onun haqqında qısa təsvirə də baxa bilərsiniz.

Bizim “AYMO” PIMS həllərimiz xüsusilə boru kəməri operatorları və bütövlüyü təmin edən mühəndislər üçün nəzərdə tutulmuş, risklərin qiymətləndirilməsi, eləcə də, boru kəmərinin bütövlüyü əməliyyatlarının idarə edilməsindən ibarət müasir bir platformadır.

Platforma müəyyən bir boru kəmərinin tam dövriyyəsinin idarə edilməsi üzrə geniş spektrli funksiyaları əhatə edir. O, Buludda istifadə üçün tam uyğundur, Veb brauzerə cavab verir və qlobal miqyasda operatorlar, həmçinin texniki işçilər üçün əlçatandır. Platforma ən sadə səviyyəli Real boru kəməri modelindən virtual boru kəməri yaratmaq imkanı təklif edir.

“Xəzər Neft və Qaz” sərgisində iştirak etməyimizin əsas məqsədi rəqəmsal proqram həllimiz olan AYMO - PIPELINE INTEGRITY MANAGEMENT SYSTEM (BORU KƏMƏRİNİN BÜTÖVLÜYÜNÜN İDARƏ EDİLMƏSİ SİSTEMİNİ) yeni bazarda təqdim etməkdir. Biz ümid edirik ki, son istifadəçilərlə güclü və birbaşa əlaqə quracaq və öz həllimizi onlara birbaşa təqdim etmək imkanı əldə edəcəyik.

Şirkətlər daxilində boru kəmərlərinin bütövlüyü və aktivlərin idarə edilməsi sisteminə qoşulmuş neft və qaz departamentlərinin transmissiyası, nəqli sahələrində Azərbaycan, Özbəkistan, Türkmənistan və Türkiyənin neft və qaz biznesindən olan  son istifadəçilər və qərar qəbul edən şəxslərlə tanış olmaq istərdik. Həmçinin bizim həllimiz öz aktivlərinin daha dəqiq monitorinqi və idarə edilməsində maraqlı olan və nəhəng infrastruktura malik bütün zavod və təşkilatların da marağını cəlb edəcək.


Tərəfdaşlar