Xəbərlər

CASPIAN OIL & GAS - İki yataqdan 565 milyon tondan çox neft çıxarılıb

İki yataqdan 565 milyon tondan çox neft çıxarılıb

25.06.2021

Xəbərlər

25 iyun, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyun 2021-ci il tarixinədək təqribən 565 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə AÇG-dən 533 milyon ton xam neft, “Şahdəniz”dən isə təqribən 32 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyun tarixinədək təqribən 564,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən cari ilin 1 iyun tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 182 milyard kub metr, “Şahdəniz”dən isə 143 milyard kub metrdən çox qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 97 milyard kub metrdən çoxu ixraca nəql edilib.