Xəbərlər

CASPIAN OIL & GAS - SOCAR Afrikada layihələrə maraq göstərir

SOCAR Afrikada layihələrə maraq göstərir

19.03.2021

Xəbərlər

SOCAR-ın ticarət bölməsi olan "SOCAR Trading" şirkəti "Elektrik enerjinin istehsalı üçün mayeləşdirilmiş qaz (LNG)" inteqrasiya edilmiş layihələrin həyata keçirilməsi üzrə komanda yaradıb.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bu barədə şirkətin inkişaf üzrə direktoru Toğrul Köçərli deyib.

Onun sözlərinə görə, "SOCAR Trading" bu sahənin iri iştirakçılarından birinə çevrilməyə ümid edir. Məlumata görə, şirkət artıq 2017-ci ildə Maltada həyata keçirilən layihədə iştirak edib, burada "SOCAR Trading" LNG tədarükçüsü qismində iştirak edib.

Şirkətin bu sektorda iştirak edəcək növbəti layihə Şri-Lankanın Hambantota limanında həyata keçiriləcək. Bununla yanaşı, şirkət Seneqal və Mozambikdə analoji layihələrdə iştirak etməyi qarşısına məqsəd qoyub.

Əlavə olaraq, "SOCAR Trading" Cənubi Afrika Respublikası "Coega" xüsusi iqtisadi zonasında həyata keçiriləcək layihədə iştirak üçün tenderə qatılıb.