Xəbərlər

CASPIAN OIL & GAS - Yeni tərəfdaşlıq əlaqələrinin qurulması

Yeni tərəfdaşlıq əlaqələrinin qurulması

01.06.2016

Xəbərlər

Gülnarə Bilbizekova, United mettallurgical company” (OMK) şirkətində sərgilərin reklamı üzrə rəhbər.

– “United mettallurgical company” (“ОМК”) müxtəlif təyinatlı boruların və boru konstruksiyalarının, eləcə də dəmiryol təkərləri və avtomobil ressorlarının istehsalı ilə məşğuldur. “OMK” şirkəti yerli və xarici bazarda energetika, nəqliyyat və sənaye şirkətləri üçün məhsul istehsal edən Rusiyanın aparıcı istehsalçılardan biridir. Bizim məhsullarımız dünyanın 30 ölkəsinə ixrac olunur. “OMK” uzun illərdir ki, Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirak edir. Bu il bizim ekspozisiyamız ən müxtəlif borular, boru konstruksiyaları və boru kəmərlərinin detallarından ibarətdir.

Biz yeni tərəfdaşlıq əlaqələri qurmaq istərdik, lakin əvvəlcədən heç bir proqnoz vermək və gələcək barədə danışmaq istəmirəm. Həmişə olduğu kimi, seçimimizin məqsədyönlü olduğunu zaman özü sübut edəcək!

 

 

 


Tərəfdaşlar