Xəbərlər

CASPIAN OIL & GAS - TANAP layihəsi “The Green World Awards 2019” mükafatına layiq görülüb

TANAP layihəsi “The Green World Awards 2019” mükafatına layiq görülüb

01.10.2019

Xəbərlər

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Anadolu qaz kəməri (TANAP) “The Green World Awards 2019” mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, layihə “Dayanıqlı inkişaf” kateqoriyasında mükafat qazanıb.

Təqdimetmə mərasimi “Green Organization” qeyri-kommersiya təşkilatı tərəfindən Vyetnamın Hoşimin şəhərində keçirilib.

TANAP, həmçinin bu il noyabrın 25-də Londonda keçiriləcək Yaşıl dünyanın səfirləri mərasiminə “Yaşıl dünyanın səfiri” qismində dəvət edilib.


Tərəfdaşlar