Xəbərlər

CASPIAN OIL & GAS - Neft və qaz üzrə birgə forum perspektivləri

Neft və qaz üzrə birgə forum perspektivləri

01.06.2019

Xəbərlər

İqor Lyaşkov, RF-nın Sənaye və Ticarət Nazirliyinin (Kimya sənayesi departamenti) nümayəndəsi

- Biz Bakıya Xəzər neft və qaz sərgi və konfransının necə keçdiyini müşahidə etmək üçün gəlmişik, çünki 2020-ci ildən etibarən “Iteca Caspian” şirkəti ilə neft-qaz sahəsi üzrə birgə tədbirlər (sərgilər, konfranslar) keçirmək niyyətindəyik. Bu tədbir barədə təəssüratlar müsbətdir, hesab edirik ki, Xəzər neft və qaz sərgi və konfransı yaxşı təşkil edilib - burada çıxışları dinləmək və stendləri ziyarət etməklə yanaşı, xüsusi smartfon tətbiqi vasitəsi ilə “B2B” formatlı görüşlər təyin etmək mümkün olub.

Konfransın mövzusu bizim üçün maraqlıdır. Biz RF-nın müəssisələrinin yüksək əlavə dəyərli məhsulların emalı və bu prosesə xarici tərəfdaşların cəlb edilməsi sahəsindəki təcrübəsinin Azərbaycan tərəfi üçün maraqlı olub olmadığını dəqiqləşdirmək istəyirdik. RF-da bu proses dövlətin dəstəyi ilə keçirilir (subsidiyalar, müxtəlif güzəştlər verilir). Ola bilsin ki, Azərbaycanda da investorları cəlb etmək üçün qəbul edilə biləcək maraqlı mexanizmlər var. Bununla əlaqədar, Bakıda keçirilən neft-qaz sərgi və konfransını ziyarətimiz çox faydalı oldu.


Tərəfdaşlar