Xəbərlər

CASPIAN OIL & GAS - Neft-qaz sahəsində Özbəkistan –Azərbaycan əlaqələrinin dinamik inkişafı

Neft-qaz sahəsində Özbəkistan –Azərbaycan əlaqələrinin dinamik inkişafı

01.06.2019

Xəbərlər

Narbek Yuldaşev, “Uzbeknefteqaz” şirkətinin nümayəndəsi

– “Uzbeknefteqaz” SC-nin nümayəndə heyəti Özbəkistanın neft-qaz sahəsini təmsil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 may tarixində Özbəkistanın neft-qaz müəssisə və təşkilatlarının stendini ziyarət edib. “Uzbeknefteqaz” SC-nin İdarə heyətinin sədrinin birinci müavini Uluqbəy Sayidov göstərdiyi diqqətə görə Prezident Ilham Əliyevə təşəkkür edib və neft-qaz sahəsində Özbəkistan-Azərbaycan qarşılıqlı əlaqələrinin dinamik inkişafı, Azərbaycanın Dövlət Neft Şirkəti “SOCAR” ilə həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edilib ki, 23-cü “Özbəkistan Neft və Qaz OGU-2019” sərgi və konfransı çərçivəsində “Uzbeknefteqaz” SC, “SOCAR” və “BP” şirkətləri arasında qabaqcıl texnologiyaların tətbiqi ilə Üstyurd regionunda yerləşən üç investisiya blokunun kəşfiyyat potensialının qiymətləndirilməsi barədə üçtərəfli saziş imzalanıb. Həmçinin burada “SOCAR” şirkətinin bölməsi ilə “NİPİ NEFTEQAZ” MMC arasında saziş d’imzalanıb. Bu sənəd “SOCAR” şirkətinin qabaqcıl texnologiyaların tətbiqi ilə Özbəkistan Respublikasının “Qarbi Taşli” və “Şarki Tatli”, “Şimoli Şurtan” və “Qarmiston” yataqlarında karbohidrogen hasilatının artırılması üzrə əməkdaşlığın əsas şərtlərini müəyyən edir.

“Uzbeknefteqaz” SC ilə “SOCAR” şirkəti arasında mütəxəssislərin hazırlanması və ixtisasartırması sahəsində sıx əməkdaşlıq qurulub, iki ölkənin neft-qaz sahəsini təmsil edən alimlər müntəzəm olaraq öz təcrübə və biliklərini bölüşürlər. “Caspian Oil & Gas 2019” sərgisində iştirak səmərəli və uğurludur, Azərbaycan Respublikasının Prezidenti isə “Uzbeknefteqaz” SC-nə və “SOCAR” şirkətinə yeni sazişlər və perspektivli layihələr arzulayıb.


Tərəfdaşlar