Xəbərlər

CASPIAN OIL & GAS - Sərfəli işgüzar əlaqələrin qurulması

Sərfəli işgüzar əlaqələrin qurulması

31.05.2019

Xəbərlər

Andrey Şemelin, “Etalon” (Rusiya) şirkətinin kommersiya direktorunun müavini

- Bizim şirkət energetika və dozalama avadanlıqlarını idarəetmə stansiyalarının istehsalı ilə məşğuldur. “Caspian Oil & Gas” sərgisində isə biz debüt edirik. Sərginin təşkilati səviyyəsi “əla” qiymətə layiqdir. Səfərimizin əsasən məqsədi öz məhsulumuz üçün yeni satış bazarları tapmaq və tərəfdaşlıq bazasını genişləndirmək istəyi ilə bağlıdır. Sərgi neft-qaz sənayesinin inkişafında vacib rol oynayır, yeni tərəfdaşlar tapmağa, saziş və müqavilələr imzalamağa kömək edir. Canlı ünsiyyət çərçivəsində təcrübə mübadiləsi aparmaq, öz məhsul və xidmətlərini təqdim etmək, habelə sərfəli işgüzar əlaqələri qurmaq üçün yaxşı üsuldur.


Tərəfdaşlar