Xəbərlər

CASPIAN OIL & GAS - “Caspian Oil & Gas 2019” sərgisi: Enerji təhlükəsizliyi və sabitliyə doğru

“Caspian Oil & Gas 2019” sərgisi: Enerji təhlükəsizliyi və sabitliyə doğru

01.06.2019

Xəbərlər

Bir iyun tarixində Bakı Ekspo Mərkəzində 26-cı Beynəlxalq Xəzər neft və qaz sərgisi öz işini yekunlaşdırdı. Sərgi dünyanın 34 ölkəsini, o cümlədən Rusiya, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Türkiyəni təmsil edən təxminən 300 yüz şirkəti bir araya gətirərək regionun neft-qaz sektorunun əsas tədbirinə çevrildi       .

“Caspian Oil & Gas” sərgisi çərçivəsində ən vacib hadisə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsi və ölkə başçısının beynəlxalq ictimaiyyət qarşısında çıxış etməsi olub. Prezident Əliyev Xəzər neft və qaz sərgisinin böyük əhəmiyyətini vurğulayıb, sektorun əsas iştirakçılarının stendlərini ziyarət edib, yerli və xarici şirkətlərin nəhəng ekspozisiyaları ilə tanış olub.

Sərginin əsas təmayülləri təkcə enerji daşıyıcılarının hasilatı və emalı ilə bağlı olmayıb, onlar həm də iqtisadiyyatın qlobal inkişafını vurğulayıb, enerji təhlükəsizliyi və sabitliy diqqəti artırıb. Eksponentlər neft hasilatı və enerji resurslarının daşınması, neft və qazı saxlama sisteminin təmin edilməsi sahəsində avadanlıq, xidmət, innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boru kəmərlərinin çəkilməsi və onların təhlükəsizliyinin təmin edilməsini, servis xidmətlərini təqdim edib. Defektoskopiya, yerdən uzaq məsafədə işlərin icrası kimi sahələr ilk dəfə olaraq sərgidə təqdim edilib.

Təşkilatçılar əlavə proqrama iki yeni tədbiri daxil ediblər. “Caspian Oil & Gas” sərgisi çərçivəsində ilk dəfə olaraq “Bizimkilər” sessiyası – sərginin tərəfdaşı olan “Caspian Event Organisers” şirkətinin yeni brendi təşkil edilib. Həmçinin enerji sahəsində uğurlara nail olmuş qadınlar barədə “Women in Power” tədbiri uğurlu layihə olub.

Sərgi təkcə neft-qaz sektorunun deyil, həm də bu sektor ilə bağlı olan sahələrin rəhbərləri üçün əsas tribunaya çevrilmiş, sektorun nəhəng profilli tədbiri olan 26-cı Xəzər neft və qaz konfransı ilə əhəmiyyətli dərəcədə tamamlanıb.

“Caspian Oil & Gas 2019” sərgisi ilə eyni vaxtda Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq energetika və alternativ enerji (“Caspian Power 2019”) sərgisi keçirilib. Enerji sənayesi və bərpa olunan energetika sahəsinin nailiyyətlərinin nümayiş olunması baxımından ixtisaslaşmış tədbir Azərbaycan, Belarus, Rusiya, Türkiyə və digər ölkələrin energetika sahəsində fəaliyyət göstərən aparıcı təchizatçı şirkətlərini bir araya gətirib.

“Caspian Oil & Gas 2019” sərgisi dörd iş günü ərzində əminliklə sübut edib ki, bu tədbir tanınmış beynəlxalq platforma və neft, qaz və energetika sahəsinin aparıcı peşəkarlarının görüş yeri, gələcək əməkdaşlıqlar barədə memorandum, saziş və müqavilələrin imzalandığı məkandır. “Caspian Oil & Gas 2019” sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (“UFI”) keyfiyyət nişanına malikdir.

Xəzər neft və qaz sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR” tərəfindən dəstəklənir. “Caspian Oil & Gas” və “Caspian Power” sərgilərinin təşkilatçıları qismində “Iteca Caspian”  şirkəti və “ITE” şirkətlər qrupu çıxış edir.


Tərəfdaşlar