Xəbərlər

CASPIAN OIL & GAS - Xəzər regionunun yüksək statusu

Xəzər regionunun yüksək statusu

01.06.2019

Xəbərlər

Nikolay Titskiy, “Turboqaz” (Ukrayna) şirkətinin meneceri

- Mən “Caspian Oil & Gas” sərgisində debüt edirəm – burada çox mehriban ab-hava var, insanlar dialoq hazırdırlar və stendlər yığcam yerləşdirilib. Bir sözlə, mən istənilən baxımdan bu tədbirdən razı qaldım. Səfərimin əsas məqsədi “SOCAR” şirkəti ilə əlaqələrin qurulmasıdır. Mən artıq bu istiqamətdə görüşlər və işgüzar danışıqlar aparmışam. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlər ilə məlumat mübadiləsi aparmaq da planlarıma daxildir. Vacib bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycan ixracatçı ölkədən emal edən ölkəyə çevrilir və belə yüksək səviyyəli tədbirlər Xəzər regionunun neft-qaz sənayesindəki yüksək statusunu bir daha sübut edir.


Tərəfdaşlar