Xəbərlər

CASPIAN OIL & GAS - Xeyli faydalı məlumat və isti emosiyalar

Xeyli faydalı məlumat və isti emosiyalar

01.06.2019

Xəbərlər

Yulia Karaxintseva, “Volqoqradneftimaş” (Volqoqrad)

- Mən marketinqlə məşğulam və bu, mənim karyeramda ilk sərgidir. Şadam ki, yüksək səviyyəli işgüzar insanların iştirak etdiyi genişmiqyaslı tədbirə qatılmaq, təşkilat səviyyəsini qiymətləndirmək və iştirak edən şirkətlərin nümayəndələri ilə tanış olmaq imkanı əldə etmişəm. Sərgi maraqlıdır və layiqincə təşkil edilib. Burada danışıqlar aparmaq və yeni tərəfdaşlıq əlaqələri qurmaq üçün dostluq mühiti var. Bir çox stendi bəyəndim. Lakin eksponatların nümayiş olunduğu, sınaq imkanlarının yaradıldığı stendləri, məsələn, “Silur” və “Bornemann” şirkətlərinin stendlərini xüsusilə qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu uğurla marketinq gedişidir. Bu, qonaqların diqqətini cəlb edir və yadda qalır. Bu gün özümlə xeyli faydalı məlumat və isti emosiyalar aparıram.


Tərəfdaşlar