Xəbərlər

CASPIAN OIL & GAS - Şirkətimizin təchizat coğrafiyasını genişləndirməyi planlaşdırırıq

Şirkətimizin təchizat coğrafiyasını genişləndirməyi planlaşdırırıq

01.06.2019

Xəbərlər

Sergey Krişkeviç, “Armatur-Flans Zavodu” (Omsk) istehsalat şirkətinin direktoru

– Mən sərgiyə Azərbaycan bazarını təhlil etmək üçün gəlmişəm. Bizim şirkət bütün Rusiyada tanınır. Bu gün sərgidə yeni işgüzar tanışlıqlar qurmaq və öz maraqlı təkliflərimizi təqdim etmək istəyirik. Şirkətimiz öz təchizat coğrafiyasını genişləndirməyi planlaşdırır. Ümidvaram ki, bu sərgi müsbət nəticə verəcək və biz zəruri sazişləri imzalamağa nail olacağıq. Sərgi yaxşı təşkil olunub. Bura şirkətlərin müxtəlif istiqamətdə səmərəli formada qarşılıqlı şəkildə əməkdaşlıq etdiyi məkandır. Bəzi şirkətlər öz məhsul və xidmətlərini təklif edir və biz bunun sayəsində bir-birimizi tamamlaya və iqtisadiyyatın bu sahəsində keyfiyyətli iş görə bilirik.


Tərəfdaşlar