Xəbərlər

CASPIAN OIL & GAS - Mühəndislik və inşaat sahəsi üçün xidmətlər

Mühəndislik və inşaat sahəsi üçün xidmətlər

30.05.2019

Xəbərlər

Pol Din, “Worley” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Baş direktoru

Bizim şirkət mühəndislik və inşaat sahəsi üçün xidmətlər, eləcə də layihələrin idarə edilməsi üzrə xidmətlər təklif edir. Şirkət karbohidrogen və dağ-mədən sənayeləri üçün layihələndirmə, təchizat, tikinti (“EPC”) və layihələndirmə, təchizat, tikinti və idarəetmə (“EPCM”) xidmətləri təklif edir. Bizim şirkət ən nəhəng layihələndirmə müəssisələrindən biridir və dünyanın 50 ölkəsində yerləşən 600 ofisi və bütün dünyada 60 000 əməkdaşı olan genişmiqyaslı təşkilatdır. Şirkət qlobal və dərin texniki bilikləri, layihələri reallaşdırma təcrübəsi sayəsində öz müştərilərini ən yaxşı texniki həll variantları ilə təmin etmək iqtidarındadır. Hazırda şirkətimiz “BP” şirkəti ilə “EPCM” xidmətlərinin təqdim edilməsi üzrə saziş imzalayıb. Yaxın vaxtlarda bazarda genişlənmək niyyətindəyik. “Caspian Oil & Gas” sərgisində bugünkü iştirakımız yeni müştərilər, çoxsaylı şirkətlər ilə tanış olmaq imkanı verib. Biz bu sahədə geniş xidmət spektrini təklif edir və inanırıq ki, sərgi yeni işgüzar əlaqələrin genişləndirilməsinə kömək edəcək.


Tərəfdaşlar