Xəbərlər

CASPIAN OIL & GAS - Metal konstruksiya işlərində 360° həllər təklif edirik

Metal konstruksiya işlərində 360° həllər təklif edirik

29.05.2019

Xəbərlər

Bahadur Əlizadə, CEO, Leading Supply Solutions

Müasir inşaat metodlarından ən aktual olanı bina və qurğuların metal konstruksiya həllidir. Leading Supply Solutions metal konstruksiya işlərində 360° həllər təklif edən tərəfdaş kimi yeni partnyorlarını qürurla təqdim edir:

Lincoln Electric məhsulları metal konstruksiyaların montajında yüksək keyfiyyətli qaynaq işlərini həyata keçirmək imkanı verir. Jotun boyaları ilə metal konstruksiyaları atmosferin zərərli təsirlərindən qorumaq və təhlükəsizlik məqsədi ilə yanğına qarşı dayanıqlığını artırmaq, Urtim iskələ sistemləri ilə istənilən mürəkkəblikdə metal konstruksiya binalarda/qurğularda müxtəlif işlərin həyata keçirilməsi üçün təhlükəsiz, güvənli iş platformaları qurmaq mümkündür. Rockwool məhsulları isə əsasən Neft Qaz sənayesində müxtəlif kimyəvi proseslərin baş verdiyi metal rezervuarlar, borular və sair qurğularda temperatur dəyişiklilərini nəzarətdə saxlamaq imkanı  verir.
Bunlardan əlavə məhsul portfelimizdə tamalayıcı məhsulların, abraziv materialların, mexaniki və elektrikli əl alətlərinin, fərdi mühafizə vasitələrinin və digər sənaye sərf materiallarının, generator-kompressor kimi güc qaynaqlarının geniş çeşidi sadalanan işlərdə bütün ehtiyyacların tək əldən qarşılanmasına şərait yaradır. Təklif etdiyimiz brendlərin məhsulları bir-birini tamamlayır və bir əldən kompleks həllər təklif etmək imkanı yaradır.

Sərgidə iştirak etrməkdə əsas məqsəd yenilikləri paylaşmaqdır. Bildiyiniz kimi, 2019-ci ildə Azərbaycanda bir çox yeni Neft-Qaz layihələri olacaqdır. LSS şirkəti də bu layihələrdə iştirak edərək onların bir parçasına çevrilmək istəyir. Sərgi bizim üçün hər zaman yeni tanışlıqlar, yeni imkanlar, yeni fürsətlər deməkdir. “Caspian Oil & Gas” Neft-Qaz sənayesinin bütün oyunçularını bir yerə yığmaqla bu fürsətlərin yaranmasına səbəb olan bəlkə də yeganə tədbirdir.


Tərəfdaşlar