Xəbərlər

CASPIAN OIL & GAS - Orijinal innovasiyalar və müasir dizayn

Orijinal innovasiyalar və müasir dizayn

29.05.2019

Xəbərlər

Nərmin Hüseynova, “Luna Elektrik Elektronik San. Tic. A.Ş” (Türkiyə) şirkətinin marketinq üzrə nümayəndəsi

- “Luna Elektrik Elektronik San. Tic. A.Ş” şirkəti su və elektrik enerjisi üçün sayğacların istehsalı sahəsində ixtisaslaşıb. Şirkət təsis edildiyi vaxtdan etibarən qısa müddətdə yaxşı tanınan və digər ölkələrə  ixrac edilməyə başlanan öz məhsullarının keyfiyyətinə böyük əhəmiyyət verir. Buna görə də, bu gün şirkətin əsas iş prinsiplərini keyfiyyətli servis və vaxtl;-vaxtında çatdırma təşkil edir.

Hazırda “Luna Elektrik Elektronik” şirkəti Türkiyə və qonşu ölkələrin bazarlarında, eləcə də dünya bazarında aparıcı yer tutur. Ötən illərdə olduğu kimi, bu gün də şirkətin uğuru orijinal innovasiyalara və məhsulların müasir dizaynına əsaslanır. Sərginin qonaqları “Luna Elektrik Elektronik” şirkətinin stendini ziyarət etməklə buna şəxsən əmin olacaqlar. Şirkətin mütəxəssisləri məhsul çeşidlərindəki bütün yeniliklər barədə məlumat verəcək və əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklər.

Sərgi çox maraqlıdır və yaxşı təşkil edilib. “Luna” şirkəti göstərilən diqqət və dəstəyə görə tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirir.


Tərəfdaşlar