Xəbərlər

CASPIAN OIL & GAS - Borudaxili diaqnostikanın həcminə görə qlobal lider

Borudaxili diaqnostikanın həcminə görə qlobal lider

29.05.2019

Xəbərlər

Vyaçeslav Oqurçov, “Transneft- Diaskan” SC-nin xarici iqtisadi layihələr bölməsinin rəhbəri

– “Transneft-Diaskan” SC Rusiyada magistral, sektorlararası və neft toplayıcı boru kəmərləri və rezervuarların texniki diaqnostikası üzrə xidmətlərin iri təchizatçısıdır. Şirkət borudaxili diaqnostikanın həcminə görə dünyada liderlərdən biridir. Belə diaqnostika qüsurların aşkarlanması üçün aparılır və neft məhsullarının təhlükəsiz istismarı üçün nəzərdə tutulub.

Şirkət Azərbaycanda keçirilən sərgilərdə dəfələrlə iştirak edib. Biz burada təşkilatımızın imkanlarını peşəkar auditoriyaya nümayiş etdirmək niyyətindəyik. Ümumiyyətlə, biz  “SOCAR” dövlət neft şirkətinin və onun törəmə müəssisələrinin fəaliyyətinə yaxşı bələdik. Biz sərginin gedişində  Azərbaycanda fəaliyyət göstərən neft hasil edən şirkətlərin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırırıq.

Bu sərgi regional xarakter daşıyır, kifayət qədər genişmiqyaslıdır və onun eksponentlərin arasında bazarın əsas iştirakçılarının əksəriyyəti yer alır. Sərgidə iştirakın öz faydaları var – şirkətimiz artıq Azərbaycanda tanınır,  bizə təkliflərlə müraciətlər edilir və biz ixtisaslaşdığımız sahədə, o cümlədən (ilk növbədə) borudaxili diaqnostika məsələləri üzrə həmişə əməkdaşlığa hazırıq.

 


Tərəfdaşlar