Xəbərlər

CASPIAN OIL & GAS - Azərbaycan bazarı üçün “Haimo Technologies” şirkətinin həll variantları

Azərbaycan bazarı üçün “Haimo Technologies” şirkətinin həll variantları

29.05.2019

Xəbərlər

Pen Çjan (Peng Zhang), “Haimo Technologies Group Corp.” (Çin) şirkətinin Azərbaycanda satış üzrə meneceri

– Bizim şirkət artıq Azərbaycanda keçirilən sərgidə iştirak edib. Biz bu il peşəkar avadanlıqların əsas qruplarını təqdim edirik (tam diapazonlu çoxfazalı sərfölçənlər, yüksək debitli quyular üçün ölçmə qurğuları, rütubət ölçənlər, quyuların sınanması üzrə səyyar xidmətlər və s.). Həmçinin neft hasilatını artırmaq üçün intellektual sistemi, o cümlədən yekunda neft debitini 15 faiz artırmağa imkan verən və suyun laya eyni vaxtda-ayrıca vurulması üçün yeraltı avadanlıqlar təklif edirik. Bundan başqa, stendimizdə açıq və qapalı quyular üçün şirkətin karotaj avadanlıqları, qaldırıcı qurğu ilə təchiz edilmiş səyyar karotaj stansiyaları, təsvir almaq üçün karotaj sistemi və s. haqqında məlumat əldə etmək olar.

Biz avadanlıqları nümayiş etdirməklə yanaşı, həm də yeni tanışlıq əlaqələri qurmaq, təchizat üzrə sifarişlər almaq niyyətindəyik. Şirkət Azərbaycanda artıq bir neçə layihəni reallaşdırıb. Bizim hədəf auditoriyamız əsasən neft hasil edən təşkilatlar və karotaj şirkətlərindən ibarətdir. Bu şirkətlərin nümayəndələrini stendimizdə görməkdən məmnun olarıq.

Qeyd edim ki, bizim avadanlıqlar Çində neft yataqlarının işlənməsində uğurla tətbiq edilir. Əminəm ki, “Haimo Technologies” şirkətinin həll variantları Azərbaycan bazarında maraq yaradacaq. Bu sərgi peşəkar avadanlıqları bazara təqdim etmək üçün əla platformadır.


Tərəfdaşlar