Xəbərlər

CASPIAN OIL & GAS - "Caspian Oil and Gas 2019": əsas qlobal bazar oyunçularından enerji sahəsinin yenilikləri

"Caspian Oil and Gas 2019": əsas qlobal bazar oyunçularından enerji sahəsinin yenilikləri

29.05.2019

29  may tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi öz qapılarını ziyarətçilərə açmışdı.

26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas 2019”) sərgisinin təşkilatçılarının adından tədbirin təntənəli açılış mərasiminə Böyük Britaniyanın “ITE Group Plc.” şirkətinin Baş məsləhətçisi ser Endryu Vud rəhbərlik edərək toplaşanları bu mötəbər forum münasibəti ilə təbrik etdi, sərgi və konfrans iştirakçılarına öz işlərində uğurlar arzuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında beynəlxalq miqyasda əhəmiyyətli tədbirlərdən biri olan “Caspian Oil & Gas” sərgisinin rolunu vurğulayıb. Ölkə başçısı qeyd edib ki, sərgi artıq 26 ildir ki, dünya bazarının nəhəng iştirakçılarının diqqətini cəlb edir. Cənab Prezident sərgi iştirakçılarını təbrik edib və “Caspian Oil & Gas 2019” tədbirinin təşkilatçılarına təşəkkürünü bildirib.

ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin Birinci müavini Kent Lonqston Azərbaycanın regionda enerji təhlükəsizliyinə böyük töhfə verdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirməyə hazır olduğunu qeyd edib. Cənab Lonqston Azərbaycan rəhbərliyi, habelə sərgi və konfransın iştirakçıları üçün ABŞ prezidenti Donald Trampın salamlama məktubunu oxuyub.

Böyük Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət katibi Liam Foks video-müraciət vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, habelə nazirlərə və “Caspian Oil & Gas 2019” sərgisinin iştirakçı və qonaqlarına müraciət edib. Cənab Foks öz müraciətində enerji resurslarının hasilatı çərçivəsində beynəlxalq əməkdaşlığın effektivliyini və Avropanın enerji təhlükəsizliyi uğrunda mübarizədə Azərbaycanın rolunu qeyd edib.

Bu il Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisəsi olan - “Əsrin Müqaviləsi”  öz iyirmi beş illiyini qeyd edir. Həmin vaxtdan “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, eləcə də saziş və müqavilələr imzalanır. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. “Xəzər Neft və Qaz” UFI tərəfindən təqdir olunur” nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir.

Bu il “Xəzər Neft və Qaz 2019” sərgi və konfransının VİP səviyyəli qonaqları arasında Qaz ixrac edən ölkələr forumunun (GECF) Baş katib cənab Yury Sentyurin, Enerji Resursları Bürosu Katibi köməkçisinin birinci müavini (ABŞ) Kent D. Loqsdon, Neft Nazirinin Müavini (İran) Amir Hossein Zamaninia, Xarici İşlər və Ticarət Nazirliyinin böyük səfiri (Macarıstan) Pol Saqvari, “JOGMEC” şirkətinin Prezidenti (Yaponiya) Tomonobu Uçida və başqaları. Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxildir.

Bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 290 şirkət iştirak edir və bu ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr vardır. Almaniya, Belarus Respublikası və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim edirlər. İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edirlər. Ilk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılır.

Bu il öz ekspozisiya sahələrini genişləndirmiş “Halliburton”, “Schlumberger” və “Worley Parsons” kimi şirkətlər sərgi qonaqlarına öz innovativ məhsul və xidmətlərini təqdim edirlər. Almaniya, Belarus Respublikası və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim edirlər. Ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edən Rusiya İxrac Mərkəzi Rusiyanın ən qabaqcıl şirkətlərinin nümayəndələrini öz stendində bir araya gətirib. İştirakçıların ümumi sayının 24%-ni təşkil edən debütantlar arasında Azərbaycan, Çin, Qazaxıstan, Türkiyə, Monako, Niderland Krallığı, Hindistan və digər ölkələr var. Şirkətlər neft və qaz avadanlığı, uniforma və digər məhsul və xidmətləri təqdim edirlər.

29 may -1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində energetika və bərpa olunan enerji sənayesi nailiyyətlərinin nümayiş olunması sahəsində Xəzəryanı regionun ixtisaslaşmış tədbiri – 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2019” sərgisi keçiriləcək. Beləliklə, hər iki ixtisaslaşdırılmış tədbir mütəxəssislər və sahibkarlar arasında əlavə maraq doğurur.

Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Xəzər Neft və Qaz” sərgisinə əvəzsiz dəstək göstərirlər. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

 


Tərəfdaşlar