Xəbərlər

CASPIAN OIL & GAS - Müasir fasiləsiz elektrik təchizatı mənbələri

Müasir fasiləsiz elektrik təchizatı mənbələri

29.05.2019

Xəbərlər

Oleksandr Moroz, “Benning Power Electronics” şirkətinin servis departamentinin meneceri

– “Benning Power Electronics” Almaniyanın fasiləsiz elektrik təchizatı mənbələrinin istehsalçısı olan “Benning Elektrotechnik und Elektronik” şirkətinin törəmə müəssisəsidir. Şirkət Bakıda keçirilən sərgidə debüt edir. Stenddə tamamilə fasiləsiz qidalanmanı təmin edən düzləşdirici hissələr, invertorlar və “UPS” sistemləri təqdim edilir. Şirkət həm hazır həll variantlarını, həm də müştərilərə tələb olunan müxtəlif güc, konfiqurasiya və digər parametrlər nəzərə alınmaqla, konkret sifarişçi istəyi ilə hazırlanmış həll variantlarını təklif edir.

Azərbaycan bazarı çox perspektivlidir! Sərgidə iştirak Azərbaycanda “Benning” brendinin təbliği ilə bağlıdır, bu isə brendin imkanlarını təqdim etmək, avadanlıqları nümayiş etdirmək, yeni sifarişçilər, faydalı işgüzar əlaqələr axtarmaq deməkdir.

Şirkət qurğuları nasazlıq və problem olmadan daimi sabit elektrik enerjisi ilə təmin edən həll variantlarına daha çox ehtiyac duyan energetika şirkətlərinin nümayəndələri ilə görüşlər keçirməkdə maraqlıdır. Həmçinin bizim həll variantları Bakı metropoliteninin, neft hasil edən müəssisələrin  sistemlərində və başqa sahələrdə də tətbiq oluna bilər.

Sərgi mükəmməl təşkil edilib, pavilyonda canlı işgüzar ab-hava hökm sürür. Biz yeni görüşləri və işgüzar əlaqələri səbirsizliklə gözləyirik və hər kəsi şirkətimizin stendinə dəvət edirik.

 


Tərəfdaşlar