Xəbərlər

CASPIAN OIL & GAS - Bizim məhsullar seysmik məlumatlar biznesində yaxşı tanınır

Bizim məhsullar seysmik məlumatlar biznesində yaxşı tanınır

29.05.2019

Xəbərlər

Jeffri Korxill, “CASPIAN GEO LLC” şirkətinin Baş direktoru

İstər dənizdə, istərsə də quruda seysmik məlumatların əldə edilməsi və emalı “Caspian Geo” şirkətinin fəaliyyətinin əsasını təşkil edir və sərgi zamanı təqdim ediləcək. Bizim məhsul və xidmətlər seysmik məlumatlar biznesində yaxşı tanınır: çoxlu yedəkli rəqəmal seysmik kabellər və dənizdibi qovşaqdan (OBN) istifadə edilməklə, ən son məlumat əldə etmə metodu - bu texnologiyalar bizə təhlükəsiz və səmərəli şəkildə mükəmməl məlumatlar əldə etmək imkanı verir.

Bu xidmət daha əvvəl “Caspian Geophysical” şirkəti tərəfindən təqdim edilib və şirkətin səhmdarları arasında təşkilati dəyişikliklərə görə bu fəaliyyət “Caspian Geo” şirkətinə keçib. Məqsədimiz daha əvvəl “Caspian Geophysical” şirkəti tərəfindən təqdim edilmiş bu xidmətin yeni müəssisənin - “Caspian Geo” şirkətinin nəzarəti altında davam edəcəyini göstərməkdir və biz seysmik məlumatlar və məlumatların emal xidmətlərini tələb edən bütün neft-qaz şirkətlərini stendimizə dəvət edirik.

Bu, artıq çoxsaylı neft-qaz şirkətinin fəaliyyət göstərdiyi və yeni neft-qaz şirkətlərinin daxil olmaq istədikləri unikal bazardır. Sərgi bizim hamımıza mövcud layihələri müzakirə etmək və yeni imkanlar haqqında danışıqlar aparmaq fürsəti verir. Şirkət regionda bu ildən fəaliyyətə başlayıb və ümidvarıq ki, bu il uzun çoxillik uğurlu biznes zəncirinin ilk halqası olacaq. Bizə məhsul və xidmətlərimizi eksponent və ziyarətçilərə təqdim etmək imkanı verdiyinə görə təşkilatçılara təşəkkür edirik.

 


Tərəfdaşlar