Xəbərlər

CASPIAN OIL & GAS - Dövlət layihələrinin qısa müddətdə və büdcə çərçivəsində reallaşdırılması

Dövlət layihələrinin qısa müddətdə və büdcə çərçivəsində reallaşdırılması

29.05.2019

Xəbərlər

Cahid Seydəliyev, “NATIONAL INDUSTRIAL GROUP” (nigaz) şirkətinin biznesin inkişafı üzrə direktoru

– “NATIONAL INDUSTRIAL GROUP” şirkəti yüksək texnoloji layihələrin reallaşdırılması sahəsində zəngin təcrübəsi olan bir neçə milli şirkətin universal birləşməsini təqdim edir. Bizim şirkətlər qrupunun üstünlüyü müəyyən edilmiş büdcə çərçivəsində dövlət layihələrinin qısa müddət ərzində işlənməsi və uğurla reallaşdırılmasından ibarətdir.

“NATIONAL INDUSTRIAL GROUP” şirkətinin peşəkar xüsusiyyətinə sənaye obyektlərinin istifadəyə hazır quraşdırılması, elektromontaj işləri, texnoloji avadanlıqların montajı, istismara buraxma, yoxlama və kalibrləmə, metal-konstruksiyanın inşası, neft-qaz sahəsi üçün avadanlıqların təchizatı daxildir.

Bizim təklifin xüsusiyyəti inzibati resurslara və vaxta qənaət etmək üçün müxtəlif neft-qaz və sənaye xidmətlərinin vahid platformada birləşdirilməsi ilə bağlıdır. Şirkətlər qrupu gənc kadrların işə cəlb edilməsi və yeni iş yerlərinin açılmasını həyata keçirir.

Şirkət “Xəzər Neft və Qaz  2019” sərgi və konfransı çərçivəsində özünün bütün imkanlarını nümayiş etdirmək istəyir. Həmçini biznesi genişləndirmək üçün xarici tərəfdaş axtarışını vacib tapşırıq hesab edirik. Biz əminik ki, sərgi yaxşı tərəfdaş tapmaqda bizə kömək edəcək və bir sıra nəhəng şirkətlər ilə perspektivli əməkdaşlığa müsbət təsir göstərəcəkdir.

 


Tərəfdaşlar