Xəbərlər

CASPIAN OIL & GAS - Ofşor layihə və xidmətləri üzrə qlobal lider

Ofşor layihə və xidmətləri üzrə qlobal lider

29.05.2019

Xəbərlər

Mayk Kirton, Azərbaycan üzrə lahiyyə meceri, “Subsea 7”

Subsea 7” şirkəti inkişaf etməkdə olan enerji sənayesi üçün dəniz (ofşor) layihə və xidmətlərin təqdim edilməsi üzrə qlobal liderdir. Tərəfdaş və qlobal ehtiyaclar üzrə effektiv ofşor həll variantlarını təqdim edərkən, şirkət (üstünlük verilən işəgötürən kimi) dayanıqlı dəyər yaradır.

Bu il “Subsea 7” şirkəti bütün dəniz dərinliklərində layihələndirmə, mühəndislik, təchizat, tikinti, quraşdırma və istismardan çıxarılma üzrə silsilə xidmətlər təqdim edir. Xüsusilə də, biz “i-Tech 7” texnologiyası, “Subsea 7” şirkətinin “Life of Field” biznes bloku üçün yatağın istismar müddətini maksimum səviyyəyə çatdırmaq məqsədi ilə tam inteqrasiya olunmuş həll variantları, mühəndislik xidmətləri və qabaqcıl texnologiyalar təklif edirik.

Müasir gəmi donanması ilə dəstəklənən şirkət sualtı əməliyyatları optimallaşdırmaq üçün təftiş, təmir, texniki baxış (IRM) və bütövlüyü idarəetmə xidmətləri sahəsində ixtisaslaşıb.

Şirkət 2018-ci ildən etibarən Xəzər dənizinin Azərbaycanın sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG), eləcə də “Şahdəniz” (ŞD) yataqlarında sualtı təftiş, təmir və texniki baxış (IRM) xidmətlərini təqdim etməklə, “BP” şirkətinə dəstək verir.

Şirkət əməliyyat fəaliyyətləri vasitəsilə dayanıqlı inkişafı dəstəkləyir və ölkənin inkişafına dəstək vermək üçün Azərbaycanda işləmək niyyətindədir.


Tərəfdaşlar