Xəbərlər

CASPIAN OIL & GAS - Şirkət təqribən 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərir

Şirkət təqribən 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərir

29.05.2019

Xəbərlər

Lu Kanlin, “Huawei Azerbaijan” şirkətinin Baş direktoru

“Huawei” şirkəti təcrübəli müəssisədir və ixtisaslı əməkdaşlara malikdir. Biz əsas diqqətimizi gələcəyə yönəltmişik. Hədəfimiz öz həll variantlarımız ilə həyatı asanlaşdırmaq və daha ağıllı etməkdir. Şirkətin həll variantları etibarlı və çox səmərəlidir. “Bulud” məlumat mərkəzi, “Campus” şəbəkəsi, “SAP HANA”, rəqəmsal neftayırma zavodu, rəqəmsal boru kəməri, kəşfiyyat və hasilat üçün “HPC bulud” imkanı ilə təchiz edilmiş rəqəmsal neft yatağı kimi həll variantları şirkətin gələcəyə ünvanlanan parlaq məhsullarıdır. Şirkət problemlərinizi dəstəkləmək və biznesinizi daha uğurlu etmək məqsədi ilə xüsusi olaraq “Neft və Qaz” sərgisində öz həll variantlarını izah edəcək.

Biz müştərilərin biznesi səmərəliliyini artırmaq üçün həll variantlarımızı təqdim edəcəyik. Həm insanlar, həm də sistemlər üzrə kompleks idarəetmə mühitləri getdikcə asanlaşır. Biz həll variantlarımız sayəsində daha peşəkar olmaq istəyən innovasiya yönümlü şirkətlərin yolunu  gözləyirik. Şirkət bu sərgidə neft-qaz enerji sektoru üzrə təcrübəsini təqdim edəcək.

Ürək orqanizmın ən vacib orqanı olduğu kimi biz də inanırıq ki, “Xəzər Neft və Qaz” sərgisi Azərbaycan üçün ən mühüm tədbirdir. Biz inanırıq ki, ürəyinizi daha sağlam edəcəyik! Biz neft-qaz şirkətləri üçün yaxşı perspektiv yaratmaqla, onları dəstək verəcəyik. Gələcək nəsil texnologiyalar sayəsində siz özünüzü daha təhlükəsiz və peşəkar hissə edəcəksiniz!

Biz “Xəzər Neft və Qaz” sərgisinin sponsoru olduğumuz üçün çox xoşbəxtik. Şirkət təxminən 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və öz təcrübəsi, etibarlı əlaqələri sayəsində Azərbaycanın bir hissəsinə çevirib. Özümüzü yaxşı hiss etdiyimiz bu ölkəni inkişaf etdirmək və ona fayda vermək bizim əsas vəzifəmizdir. Sizin işçilərinizə və  rəhbər heyətinizə, eləcə də  “Xəzər Neft və Qaz” sərgisində bizə dəstək verən hər kəsə təşəkkür edirik!


Tərəfdaşlar