Xəbərlər

CASPIAN OIL & GAS - “Caspian Oil & Gas” sərgi və konfransının, həmçinin “Caspian Power” sərgisinin iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunub

“Caspian Oil & Gas” sərgi və konfransının, həmçinin “Caspian Power” sərgisinin iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunub

30.04.2019

Xəbərlər

30 aprel tarixində “Caspian Oil&Gas” sərgi və konfransının, həmçinin “Caspian Power” sərgisinin çərçivəsində Hyatt Regency Baku otelində sərgi iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunub.

Səhər yeməyi zamanı iştirakçılara işgüzar əlaqələr qurmaq üçün sərginin təmin etdiyi imkanlardan maksimum dərəcədə faydalanmağın vacibliyi vurğulanıb. Eləcə də sərgidə səmərəli iştirak üçün təşkilatçıların tərəfindən təqdim olunan pulsuz xidmətlər haqqında məlumat verilib.

İşgüzar səhər yeməyində yerli şirkətlərin 50-ə yaxın nümayəndəsi iştirak edib və təşkilatçılar ümid edirlər ki, səsləndirilmiş faydalı məsləhətlər şirkətlərin sərgilərdə iştirakı zamanı uğurla tətbiq ediləcək.


Tərəfdaşlar