Xəbərlər

CASPIAN OIL & GAS - “MTU” mühərrikləri və “KRAL AG” pompaları

“MTU” mühərrikləri və “KRAL AG” pompaları

26.05.2018

Xəbərlər

Həsən Qurbanzadə, “Marine Technical Solutions” şirkətinin direktor müavini

- “Marine Technical Solutions” şirkəti bu sərgidə debüt edir. Şirkət öz stendində Azərbaycanda rəsmi distribyutoru olduğu nüfuzlu istehsalçıların məhsullarını peşəkarların diqqətinə təqdim edəcək.

İlk növbədə, bunlar “Rolls-Royce Power Systems” şirkətinin tərkib hissəsi olan Almaniyanın “MTU Friedrichshafen” brendinin gəmi mühərrikləridir. 1909-cu ildə təsis            edilmiş bu şirkət postsovet məkanında yaxşı tanınır, çünki şirkətin yüksək keyfiyyətli məhsulları (1972-ci ildən etibarən) hələ keçmiş SSRİ vaxtında tədarük edilib.

“MTU” şirkəti gəmiqayırma, dəmiryol nəqliyyatı, kiçik energetika, tikinti və sənaye texnikası sahələrində tətbiq edilən dizel mühərriklərinin aparıcı qlobal istehsalçılarından biridir. “MTU” mühərrikləri yüksək etibarlılıq, uzun istismar müddəti, ayrılan zəhərli qazların aşağı səviyyəsi, mühərriki elektron idarəetmə sistemi, boz çuqundan hazırlanmış karter blokunun konstruksiyasının yüksək dayanıqlığı, az yanacaq sərfi göstəriciləri ilə fərqlənir.

Bundan başqa, şirkət Xəzər Neft və Qaz 2018 “Caspian Oil & Gas 2018”  sərgisi çərçivəsində “KRAL AG” (Avstriya) şirkətinin pompalarını təqdim edəcək. Bu şirkət 1950-ci ildən etibarən bazarda fəaliyyət göstərir və bütün dünyada digər nasos növləri ilə müqayisədə, (kiçik həcmli tələbat zamanı) yüksək sürətli ötürməni təmin edən yağ və neft pompalarının təchizatını həyata keçirir. “KRAL” şirkətinin məhsulları Azərbaycanda da istifadə edilir.

Dənizçilik və neft sektorlarının peşəkarlarını, xüsusilə də “SOCAR”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “BP”, “Bakı Gəmiqayırma Zavodu” MMC və digər şirkətlərin nümayəndələrini stendimizdə görmək istərdik.

 


Tərəfdaşlar