Xəbərlər

CASPIAN OIL & GAS - “Survitec” şirkəti “Caspian Oil & Gas 2018” sərgisində

“Survitec” şirkəti “Caspian Oil & Gas 2018” sərgisində

27.05.2018

James Cook,  “Survitec” şirkətinin satış üzrə direktoru

- “Survitec” şirkəti Xəzər Neft və Qaz 2018 “Caspian Oil & Gas 2018” sərgisində ən son “Gen 2 Tri” texnologiyası çərçivəsində təsdiq olunmuş və hava / dəniz yolu ilə daşınma zamanı istifadə olunan daimi / birdəfəlik hidro-kombinezonlar təqdim edəcək. Bu sukeçirməz məhsullar aerokosmik sənayenin birinci “A Kateqoriyalı” qəza-tənəffüs sistemli (“Mk50” aviasiya təyinatlı) xilasetmə gödəkcəsi təchiz olunacaq. Şirkətin dənizdə ekipajı xilas etmək üçün xilasetmə gödəkcələri seriyası, o cümlədən mükafata layiq görülmüş sənaye alpinizmi (kanatla sənaye obyektlərinə giriş) versiyası da nümayiş etdiriləcək. Nəhayət, şirkət özünün unikal “Safe Launch” xilasetmə qayığının endirmə və qaldırma sistemini, o cümlədən qarmaqla təkrar bloklama imkanları nümayiş etdirəcək. Sözügedən qayığın istifadəyə verilməsi Beynəlxalq Dəniz Təşkilatının (IMO) MSC1392 saylı normasında nəzərdə tutulan vaxtdan əvvəl, yəni 1 iyul 2019-cu il tarixində həyata keçiriləcək.

Biz şirkətimizi bazarda fərqləndirən “Ümumi həll variantı” olan unikal “Energy 360” imkanı ilə son dərəcə qürur duyuruq. Bu sistem şirkətin dəniz və aviasiya salları kimi xilasetmə avadanlıqlarında istifadə olunur, lakin buna baxmayaraq, sözügedən sistem şirkətin kütləvi təxliyə sistemləri və xilasetmə qayıqları ilə sürətli və təhlükəsiz təxliyəni təmin edir, şirkətin neft-qaz sahəsi üçün nəzərdə tutulmuş sukeçirməz kostyumları ilə birlikdə istifadə olunduqda isə su üzərində səyahət edən təyyarə ekipajı və sərnişinləri qoruyur. Biz yüksək keyfiyyətli məhsullar və kompleks xidmət təklif etməyə çalışırıq. “Energy 360” sistemi sayəsində təchizatçılar müştərilərə dənizdə təhlükəsizlik və xilasetmə avadanlıqları üzrə bütün xidmətləri bir mənbədən tədarük etmək kimi unikal imkan təklif edə bilirlər. Şirkətin Həmçinin “Energy 360” proqramı xilasetmə qayığı, xilasetmə gödəkcəsi və yanğından mühafizə sistemləri üçün vahid kompleks texniki baxış proqramlarını dəstəkləyən, eləcə də birdəfəlik səfərlər, vertolyot oturacaqlarının sayı və dənizdə təxliyə olunan insanların sayı üzrə oturacaq göstəricilərini emal edən çoxprofilli xidmət personalını təqdim edir.

Bu imkanlarını dünyanın ən geniş xidmət və dəstək şəbəkəsi ilə birləşdirən “Survitec” şirkəti istismar müddəti ərzində kompleks idarəetmə və qlobal əsasda ən yaxşı qulluq təklif edən yeganə şirkətdir. Bizim paketlər bir sıra çevik podrat variantları, o cümlədən satınalma və kompleks icarə xidməti ilə təklif edilir. Əməliyyat şirkətləri tam əminliklə kompleks qayğı göstərəcəkləri barədə təminat verərək, bu avadanlıqları “Survitec” şirkətindən icarəyə götürə bilərlər (bura avadanlığın təmin edilməsi, boşaldılması, saxlanması, uçotunun idarə edilməsi, təftişi, profilaktik və planlaşdırılmış texniki baxışdan keçirilməsi də daxildir).

“Survitec” şirkətinin Bakıda yerləşən xidmət obyekti və mükəmməl idarəetmə komandası işçilərin təhlükəsizliyi və məhsulun idarə edilməsi ilə bağlı bütün ehtiyacları dəstəkləməyə hazırdır.

Bu gün bizim paketlər Şimal dənizindən Meksika körfəzinə kimi yayılan, eləcə də Yaxın Şərq, Qərbi Afrika, Uzaq Şərq və Xəzər dənizi regionlarında yerləşən qurğularda istifadə üçün bütün dünyada tədarük edilir.

Şirkətin “ofşor” komandası mükəmməl sənədləri idarəetmə prosedurası tətbiq edir və biz bunun sayəsində hər hansı layihə çərçivəsində tədarük edilmiş bütün məhsulların istənilən sənədlərini, o cümlədən sertifikatlaşdırma, ümumi tərtibat çertyojları, təftiş sənədləri, “Atex” məlumatları, fərdi elektron cədvəllər və qrafikləri təqdim edirik. Bu, bizə hər addım barədə müştəriləri məlumatlandırmaq imkanı verməklə yanaşı, tədarük edilmiş məhsulların yüksək keyfiyyətli olduğu barədə əminlik yaradır.

Şirkət artıq bir sıra əsas müştəri ilə müqavilə imzalayıb. Lakin şirkətin sənaye üzrə mövcud geniş dəstək xidmətləri sayəsində istənilən neft-qaz operatoru, podratçılar, nəqliyyat şirkətləri, xidmət təchizatçıları və vertolyot istismarçıları şirkətin sərgidəki stendini ziyarət edərək, bizim imkanların onların ehtiyaclarını necə qarşılaya biləcəyini müzakirə edə və  xidmətlərimizdən faydalana bilərlər.


Tərəfdaşlar