Xəbərlər

CASPIAN OIL & GAS - Burada daim əlverişli mühit hökm sürür!

Burada daim əlverişli mühit hökm sürür!

01.06.2018

Xəbərlər

Aqşin Hacıyev, “SOCAR” (Bakı) şirkəti

– Mən hər il bu sərgini böyük məmnuniyyətlə ziyarət edirəm və bu genişmiqyaslı tədbirin yaxşı təşkilindən də həmişə razı qalmışam. Fürsətdən istifadə edərək, təşkilatçılara öz minnətdarlığımı bildirmək istəyirəm. Mən sərgiyə yeni məhsullar haqqında məlumat toplamaq, eləcə də yeni yerli və xarici şirkətlərlə tanış olmaq üçün gəlmişəm. “SOCAR”, “BP”, “Turkiye petrolleri” şirkətlərinin stendləri çox yaxşı təşkil edilib. Sərgi qısa vaxt ərzində bir çox yeni məhsullar görməyə və öyrənməyə, bir sıra şirkətlərin nümayəndələri ilə ünsiyyət qurmağa, onlardan faydalı məlumat əldə etməyə köməklik edir. Sərgidə hökm sürən əlverişli mühit isə dostluq əlaqələrinin qurulması üçün lazımı şərait yaradır.


Tərəfdaşlar