Xəbərlər

CASPIAN OIL & GAS - Sərgi yüksək keyfiyyətlə təşkil olunub

Sərgi yüksək keyfiyyətlə təşkil olunub

01.06.2018

Xəbərlər

Konstantin Panasku, “Lapp” (Çexiya) şirkətlər qrupu

– Mən bu günə kimi Bakıda olmamışdım, lakin digər MDB ölkələrində keçirilmiş sərgiləri ziyarət etmişəm və müqayisədə deyə bilərəm ki, bu tədbir səviyyə və keyfiyyət baxımından daha üstündür. Sərginin keçirildiyi mərkəzin rahatlığını, qeydiyyatın yaxşı təşkilini, lazımı kataloq və broşürlərin mövcudluğunu, eləcə də sərgi planını xüsusilə qeyd etmək istəyirəm. Məncə bu, böyük tədbirlərin keçirilməsində çox vacibdir.

Burada əsasən köhnə tərəfdaşlarla görüşlər keçirmişəm və yeni tərəfdarlarla tanış olmuşam. Gələcək tərəfdaşlıq üçün lazımlı əlaqələr qurduq. Ümumiyyətlə, hər bir şirkətin nüfuzuna görə ixtisaslaşmış sərgilərdə iştirakı zəruridir.


Tərəfdaşlar