Xəbərlər

CASPIAN OIL & GAS - Azərbaycanın energetika şirkətləri ilə tanışlıq

Azərbaycanın energetika şirkətləri ilə tanışlıq

01.06.2018

Xəbərlər

Boris Ladıqa, Rusiya

“Inkoteks-SK” şirkəti

– Bu, mənim Bakıya ilk səfərimdir və mən Azərbaycanın energetika şirkətləri ilə tanış olmaq, ilk növbədə isə onlarla əməkdaşlıq əlaqələri qurmaq və sərginin miqyasını öyrənmək, eləcə də yeni iştirakçılar ilə tanış olmaq və rəqabət mühitinin tədqiq etmək məqsədilə bura gəlmişəm. Mən əvvəlcə enerji hesablayan cihazların istehsalçıları ilə danışıqlar apardım. Bu, məlumatın genişləndirilməsi və şəxsi təcrübəm üçün faydalı oldu. Mən bir çox MDB ölkələrində işləyirəm və qeyd etməliyəm ki, belə yüksək  səviyyəli və geniş miqyaslı sərgini heç yerdə görməmişəm. Əlaqələr qurmağın və əməkdaşlığın bəzi yollarını tapmağın asan olduğu energetika sahəsinin nümayəndələrinin burada olması sevindirici haldır!

 


Tərəfdaşlar