Xəbərlər

CASPIAN OIL & GAS - Mən “Caspian Oil & Gas” sərgisinə ziyarətimin nəticələrindən çox məmnunam

Mən “Caspian Oil & Gas” sərgisinə ziyarətimin nəticələrindən çox məmnunam

01.06.2018

Xəbərlər

Talqat Kultazin, “КазМунайГаз” (Qazaxıstan) şirkəti

– Mən Bakıda keçirilən sərgiyə ilk dəfə gəlirəm. Sərgi məndə gözəl təəssürat yaradıb, tədbir parlaq və düzgün təşkil edilib. Şirkətimiz bu yaxınlarda nəhəng özüqalxan qazma qurğularından birinin tikintisini yekunlaşdırıb. Mən də neft-qaz quyularının qazılması üzrə əməliyyatlar ilə bağlı gələcək layihələr xüsusunda daha ətraflı məlumat əldə etmək üçün dostlarımla bu sərgiyə gəlmişəm. Biz Xəzər dənizində fəaliyyət göstərən əsas əməliyyat şirkətləri ilə danışıqlar apardıq, onların texniki tələblərini öyrəndik və gələcək tərəfdaşlıq imkanları barədə təkliflərimizi verdik. Nəticələrdən çox razıyam. Sərgi iş adamları üçün mükəmməl məlumat bazası və əlaqələrin qurulması baxımından təəssürat yaradır və iş vaxtına xeyli qənaət etməyə imkan verir.


Tərəfdaşlar