Xəbərlər

CASPIAN OIL & GAS - Peşəkarlar ilə səmərəli söhbətlər

Peşəkarlar ilə səmərəli söhbətlər

01.06.2018

Xəbərlər

Roman Kojevnikov, “Химпром” (Perm) şirkəti

– Mən bu sərgiyə yeni əlaqə imkanlarını araşdırmaq üçün gəlmişəm. Şirkətimiz Azərbaycanlı iş adamları ilə əməkdaşlıq etmir və mənim üçün bu bazarın öyrənilməsi və yerli şirkətlər arasında potensial əlaqələrin mümkünlüyünü nəzərdən keçirmək maraqlıdır. Biz “SOCAR” şirkətinin nümayəndələri ilə görüşlər keçirdik və məhsuldar söhbət etdik - bu şirkət bizim üçün maraqlı tərəfdaşdır. Münasibətlərin inkişaf etdirilməsi üçün gələcək planlar barədə razılığa gəldik. Sərgidəki stendlərin səmərəli təşkilini çox bəyəndim. “SW” şirkətinin stendindəki vertolyot maketlərini xüsusilə qeyd etmək istəyirəm.

 


Tərəfdaşlar